
“Redfield & Wilton Strategies” şirkətinin araşdırmasına görə, amerikalıların təxminən yarısı ABŞ prezidenti Cozef Baydenin evində və keçmiş ofisində tapılan məxfi sənədlərin qəsdən orada saxlanıldığına inanır.
“Report” xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Nəşr qeyd edib ki, ABŞ vətəndaşlarının 43%-i hesab edir ki, Bayden və ya onun əməkdaşları məxfi sənədləri qəsdən saxlamış ola bilərlər. Təxminən 34% sənədlərin saxlandığını, ehtimal ki, səhvən olduğunu düşünür, daha 23% respondent cavab verməkdə çətinlik çəkib.
Respondentlərin 42%-nin fikrincə, ABŞ prezidentinin əlində tapılan məxfi sənədlərin mövzusu “həddən artıq şişirdilib”. Sorğuda iştirak edənlərin 65%-i Federal Təhqiqatlar Bürosunun (FTB) Baydenin bütün mülklərində axtarış aparmasının tərəfdarı olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.