
Fransanın PSJ klubunda çıxış edən rusiyalı qapıçı Matvey Safonov 2026-cı ilin ən yaxşı qapıçısı adına namizədlər sırasına daxil edilib.
BAKU.WS xəbər verir ki, o, "Globe Soccer Awards" mükafatının müvafiq kateqoriyası üzrə açıqlanan 10 nəfərlik qısa siyahıda yer alıb.
Namizədlər arasında aşağıdakı qapıçılar var:
- Dioqo Koşta – "Portu" və Portuqaliya millisi;
- Tibo Kurtua – "Real" və Belçika millisi;
- Canluici Donnarumma – "Mançester Siti" və İtaliya millisi;
- Xoan Qarsiya – "Barselona" və İspaniya millisi;
- Qreqor Kobel – Dortmund "Borussiya"sı və İsveçrə millisi;
- Mayk Menyan – "Milan" və Fransa millisi;
- Emiliano Martines – "Çelsi" və Argentina millisi;
- David Raya – "Arsenal" və İspaniya millisi;
- Matvey Safonov – PSJ və Rusiya millisi;
- Unai Simon – Bilbao "Atletik"i və İspaniya millisi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.