Bu gün, 17:48 57

Qərbi Azərbaycanın Dərə kəndi: 1980-ci illərdə azərbaycanlılar qovuldu, adı dəyişdirildi

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, oradakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur.

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.

"Qərbi Azərbaycanın yaddaş yerləri" "AZfront" və "Kuzari" təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə qədər kənd üzrə foto və videomateriallar toplanıb. Həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar mərhələli şəkildə kənd-kənd təqdim ediləcək.

BAKU.WS xəbər verir ki, layihə çərçivəsində növbəti material Dərə kəndi haqqındadır.

Qərbi Azərbaycanın Dərə kəndi: 1980-ci illərdə azərbaycanlılar qovuldu, adı dəyişdirildi

Kənd əsası qoyulduğu vaxtdan Dərə adını daşıyıb. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Daranak qoyulub.

Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir.

Kənd 1921-ci ildə yaxınlıqda yerləşən Pəmbək kəndindən oraya köçmüş azərbaycanlılar tərəfindən salınıb.

Sovet dövründə kənd Basarkeçər rayonunun tərkibində olub, rayon sonradan Vardenis adlandırılıb.

Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarına qədər kəndin ərazisində yalnız azərbaycanlılar yaşayıblar.

Qərbi Azərbaycanın Dərə kəndi: 1980-ci illərdə azərbaycanlılar qovuldu, adı dəyişdirildi

Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti:

1959-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 320 nəfər yaşayıb.

1970-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 364 nəfər yaşayıb.

1979-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 411 nəfər yaşayıb.

1989-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 92 nəfər yaşayıb.

1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar. Azərbaycanlıların qovulmasından sonra kəndin ərazisində ermənilər yerləşdiriliblər.

Qərbi Azərbaycanın Dərə kəndi: 1980-ci illərdə azərbaycanlılar qovuldu, adı dəyişdirildi

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyənləşdirilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir neçə məzar daşının qismən salamat qaldığı azərbaycanlı qəbiristanlığı aşkarlanıb.

Qərbi Azərbaycanın Dərə kəndi: 1980-ci illərdə azərbaycanlılar qovuldu, adı dəyişdirildi

Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:

Yuxarıdakı məlumatların əsaslandırılması üçün 6 ayrıca mənbədən istifadə edilib. Onların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Ovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Dərə kəndi ilə bağlı 29 vizual material yerləşdirilib.

Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.

Paylaş

Xəbər lenti

Küləklə bağlı narıncı XƏBƏRDARLIQ! Bu gün, 17:48 Məleykə Abbaszadə BDU-da kollektivə təqdim olunub Bu gün, 17:48 PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib Bu gün, 17:48 Açıq kanalizasiya quyusunun qapağı niyə yoxa çıxıb? - RƏSMİ AÇIQLAMA Bu gün, 17:48 Prezident İlham Əliyev Vyetnama rəsmi səfər edib Bu gün, 17:48 "Baksol"da gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən sahə rəisinə 3 il müddətə cəza verilib Bu gün, 17:48 "HERMES" adlı bank olmayan kredit təşkilatı"na lisenziya verilib Bu gün, 17:48 10 ay ərzində narkotiklə bağlı neçə nəfər TUTULUB? - RƏSMİ Bu gün, 17:48 Məşhur aktrisa şəkillərini sataraq evinin borcunu ödədi Bu gün, 17:48 Ramin Rzayev: İcbari tibbi sığorta xidmətlərinin keyfiyyəti və əlçatanlığı artırılır Bu gün, 17:48 Qərbi Azərbaycanın Dərə kəndi: 1980-ci illərdə azərbaycanlılar qovuldu, adı dəyişdirildi Bu gün, 17:48 Azərbaycanda istehlakçı müraciətlərinin sayı 10 ayda 31 faiz artıb Bu gün, 17:48 Qubadlının üç yaşayış məntəqəsində 28,8 milyon manatlıq layihə həyata keçiriləcək Bu gün, 17:48 İrem Derici onların milyonluq qonorarlarına üsyan etdi: "And içirəm ki, belə pullar yoxdur" Bu gün, 17:48 Tbilisidə qaz partlayışından 8 saat sonra dağıntılar altından uşaq sağ çıxarıldı Bu gün, 17:48 Əhalinin NƏZƏRİNƏ - Səhər saat 4-dən başlayıb Bu gün, 16:48 "Santa-Barbara" serialının aktyoru qəzadan sonra vəfat etdi Bu gün, 16:48 Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı - 5 il 6 ay Bu gün, 16:48 Nazirlik "İnterturan" mebel mağazasının fəaliyyətini dayandırdı Bu gün, 16:48 Aralarında 25 yaş fərq olan məşhur cütlüyün evliliyindən 26 il keçir Bu gün, 16:48 İsmayıllıda antisanitar şəraitdə kəsilən 300 kiloqrama yaxın at əti aşkarlanıb Bu gün, 16:48 PARŞ-ın İcraiyyə Komitəsinin 24-cü iclası keçirilib Bu gün, 16:48 Vüsalə Əlizadə: "O uşaq ki təşəkkür edir, artıq tərbiyəsi yerindədir" Bu gün, 16:48 Azərbaycanda 10 ayda 9 tondan çox narkotik dövriyyədən çıxarılıb Bu gün, 16:48 "Eternity-2026": Azərbaycan, Türkiyə və Gürcüstan strateji obyektlərin mühafizəsi üzrə birgə əməliyyatlar aparacaq Bu gün, 16:48 Hövsanda dəniz qəhvəyi rəngə boyandı: Xəzəri kim çirkləndirir? Bu gün, 15:48 Bakı-Sumqayıt yolunda 5 metrlik kanalizasiya quyuları açıq qalıb - TƏHLÜKƏ Bu gün, 15:48 Tramp, Putin və Si Cinpin sülh bəyannaməsi qəbul ediblər Bu gün, 15:48 Xalq şairi: "Ailələrin dağılmasının əsas səbəbkarları qayınanalar olurlar" Bu gün, 15:48 Azərbaycan 4 meymunu Qazaxıstana 200 dollara satdı Bu gün, 15:48 Bəşir Süleymanlı 7 il 6 ay müddətinə həbs edildi Bu gün, 15:48 "Trendyol" COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib Bu gün, 15:48 Tbilisidə yaşayış binasında partlayış - 7 nəfər itkin düşüb, 3-ü uşaqdır Bu gün, 15:48 Sabaha leysan gözlənilir - XƏBƏRDARLIQ Bu gün, 15:48 Paşinyan: "İlham Əliyevlə Dublində sülhün təminatları barədə danışdıq" Bu gün, 15:48 Uçuşlar dayandı, banklar və kəşfiyyat sistemi çökdü - ABŞ-dəki rəqəmsal böhranın səbəbi açıqlandı Bu gün, 14:48 Azərbaycanda 9 ayda 3,2 milyard manatlıq elektron satınalma təsdiqlənib Bu gün, 14:48 Cennifer Lopez 57 yaşında özünü həqiqətən azad hiss edir Bu gün, 14:48 Şahzadə Uilyam hindistanəsilli olduğu ortaya çıxdı Bu gün, 14:48 ABŞ, Çin və Rusiya liderlərinin üçtərəfli görüşü başa çatıb Bu gün, 14:48 İspaniyadan Azərbaycana gətirilən şokoladlı meyvələrdə təhlükəli uyğunsuzluq aşkarlanıb Bu gün, 14:48 Biləcəridə iri ağac aşdı - Yol bağlandı Bu gün, 14:48 Prokuror keçmiş vəkilə ağır cəza istəyib Bu gün, 14:48 Məşhur aktyor bu səbəbdən işlədiyi şirkətin qonaq evində qalır Bu gün, 14:48 Marsda kartof çipsinə bənzəyən sirli kristal strukturlar aşkarlandı Bu gün, 14:48 "Atam qucağımda öldü" deyən Elcan Rəsulov göz yaşlarına boğuldu Bu gün, 14:48 Qərbi Azərbaycan İcması ABŞ Konqresindəki dinləmələrə etiraz etdi Bu gün, 14:48 2027-ci ildən dövlət qurumlarına qəbul belə olacaq Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR