
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, hadisə şəhərin Bulvar küçəsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı piyadanı vurub. Zərərçəkən ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, avtomobil "Rent-a-Car"dan icarəyə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.