
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyini bəyan edib.
AVESTA.AZ xəbər verir ki, SEPAH-ın açıqlamasını "Tasnim" agentliyi yayıb.
Bəyanata əsasən, Bəhreynin Ər-Rifa və Əvali şəhərlərində yerləşən ABŞ bazaları hücumların hədəfi olub. Bildirilib ki, ABŞ-yə məxsus pilotsuz uçuş aparatlarının İranın hava məkanını pozmasından sonra həmin bazalarda yerləşən "Patriot" hava hücumundan müdafiə sistemlərinin iki radarı SEPAH-ın Aerokosmik Qüvvələri tərəfindən vurulub.
SEPAH bəyanatında İranın hava məkanının ölkənin silahlı qüvvələri üçün toxunulmaz sərhəd olduğunu vurğulayıb. Qurum xəbərdarlıq edib ki, hava məkanının hər hansı xarici dövlət və ya qüvvə tərəfindən pozulmasına sərt cavab veriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.