Bu gün, 11:48 58

Dahi bəstəkar Üzeyir Hacıbəyovun vəfatından 78 il ötür

Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, milli operanın banisi Üzeyir Hacıbəyovun vəfat etməsindən 78 il ötür.

Sənətkar 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub.

O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyov Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynayıb. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub.

1905-1907-ci illər inqilabı ərəfəsində Rusiyadan Bakıya gəlib, Bibiheybətdə, sonra isə "Səadət" məktəbində dərs deyib. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab məsələləri" və "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti"ni nəşr etdirib.

1911-ci ildə Üzeyir Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya gedib, Moskva Filarmoniya Cəmiyyəti nəzdində Aleksandr İlyinskinin (1859-1920) xüsusi musiqi kursunda təhsil alıb. Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar "İqbal" qəzetində dərc olunub.

Maddi ehtiyac səbəbindən Hacıbəyov Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmağa məcbur olub. Bəstəkar Bakıya qayıdır və burada yaradıcılıq fəaliyyətini davam etdirərək, yazdığı operaları səhnəyə qoymaqla məşğul olur.

Dahi bəstəkar bədii yaradıcılığa publisistika ilə başlayıb. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və başqa başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" kimi gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürləri ilə çıxış edib.

1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasının qoyulması da Ü.Hacıbəyovun adı ilə bağlıdır. Operanın librettosu Füzulinin eyniadlı poeması əsasında yazılır.

Ü.Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşudbanu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazıb.

O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazıb). Onun "Ər və arvad" (1909, ilk tamaşası: 1910), "O olmasın, bu olsun" (1910, ilk tamaşası: 1911), "Arşın mal alan" (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb.

Ü.Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya gedib, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq Konservatoriyasında oxuyub.

1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Ü.Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir.

Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək, bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər ərsəyə gətirib.

O, 1948-ci ilin 23 noyabrında, 63 yaşında vəfat edib.

Üzeyir Hacıbəyovun əsərləri dünya musiqi incilərindən sayılır.

Qeyd edək ki, Üzeyir Hacıbəyovun doğum günü uzun illərdir Azərbaycanda Milli Musiqi günü kimi qeyd olunur.

Paylaş

Xəbər lenti

Prokurorluğa qulluğa qəbul üzrə yazılı imtahanda 133 namizəd iştirak edir Bu gün, 11:48 Ermənistanda yeni Konstitusiya layihəsi ictimaiyyətə təqdim olunub Bu gün, 11:48 Dövlət qulluğu imtahanı verəcək namizədlərə MÜRACİƏT Bu gün, 11:48 Bloger sükan arxasında canlı açıb, qayda pozdu - DYP hərəkətə keçdi Bu gün, 11:48 Ələtdə yeni hava limanının açılacağı tarix bilindi Bu gün, 11:48 Bakıda kişi hoteldə ölüb Bu gün, 11:48 Dahi bəstəkar Üzeyir Hacıbəyovun vəfatından 78 il ötür Bu gün, 11:48 Erməni əsirliyindən qaçan qazi vəfat etdi Bu gün, 11:48 Mikayıl Cabbarov: "Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır" Bu gün, 11:48 Bakıda zibil daşıyan sürücü faciəli şəkildə öldü Bu gün, 11:48 Bakıda tıxacları azaltmağın ən real yolu açıqlandı Bu gün, 10:48 Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 10:48 "Şöhrət" ordeni ilə təltif edilən Asif Əsgərov kimdir? Bu gün, 10:48 İstanbul küçələrində şir peyda oldu - "Qalatasaray"ın futbolçusu da axtarışlara qoşulub Bu gün, 10:48 Gələn ildən yeni əməkhaqqı sistemi tətbiq edilə bilər Bu gün, 10:48 Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb Bu gün, 10:48 Alicənab oğlan, sakit vida: Emin Mahmudovun tarixə çevrilən hekayəsi Bu gün, 09:48 Ticarət əlavəsinə limit bahalaşmanın qarşısını ala bilər? Bu gün, 09:48 Həbsdəki qohumunun arvadına 42 dəfə zəng edən şəxsi öldürdü Bu gün, 09:48 Müsialanın gələcəyi ilə bağlı qalmaqal böyüyür - Matteusdan çağırış Bu gün, 09:48 Həyat yoldaşının ölümünə səbəb olan sürücüyə hökm oxundu - Təfərrüat Bu gün, 09:48 Bakıda daha 28 svetoforda velosiped bölməsi quraşdırılıb Bu gün, 09:48 Bakıda qarajlar rekord həddə BAHALAŞDI Bu gün, 08:48 Azərbaycanda beşinci sinif şagirdi vəfat etdi Bu gün, 08:48 Rusiyada eyni klinikada işləyən azərbaycanlı və erməni iki həkimin səs-küy yaradan dostluğu Bu gün, 08:48 Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb Bu gün, 08:48 İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" Bu gün, 08:48 Ad günündən qayıdan Ada Süleyman faciəli şəkildə öldü - TƏFƏRRÜAT Bu gün, 08:48 Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR – Mütəxəssislərin tövsiyəsi Bu gün, 00:48 TikTok-un məşhur qarğıdalı satıcısına bir neçə saniyədə 21 min manatlıq HƏDİYYƏ Dünən, 23:48 Ağır xəstəlikdən əziyyət çəkən Brus Uillisin yeni FOTOSU YAYILDI Dünən, 23:48 Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI Dünən, 23:48 Azərbaycanda ən yaşlı universitet müəlliminin 97 yaşı tamam oldu Dünən, 22:48 Hər zaman öz bildiyini edən BÜRCLƏR – Heç kimin sözünə baxmırlar Dünən, 22:48 ABŞ-də əyləncə məclisində atışma: 9 nəfər yaralandı Dünən, 22:48 İran yeni raket buraxılış qurğusunu nümayiş etdirdi Dünən, 21:48 "Yuventus"dan möhtəşəm qələbə: Rəqibini 4 qolla məğlub etdi Dünən, 21:48 Azərbaycan kinosuna 12 milyon manat ayrılır – Bu vəsait hansı dəyişikliklərə yol açacaq? Dünən, 21:48 İranda elektrik enerjisi ilə bağlı ciddi problem: Ölkə üzrə fasilələr başlayacaq Dünən, 20:48 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib Dünən, 20:48 Hövsanda yollar bərbad vəziyyətdədir – Sakinlər şikayət edir, bələdiyyə sənədsiz evləri əsas gətirir Dünən, 20:48 Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır Dünən, 20:48 Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu Dünən, 20:48 Amerikalı nazir: TRIPP layihəsi regionda iqtisadi və ticari əlaqələrin inkişafına töhfə verəcək Dünən, 20:48 Belçikada hava nəqliyyatı dayanmaq üzrədir: Uçuşlara ciddi məhdudiyyət qoyulacaq Dünən, 20:48 Almaniyada kilsədə dəm qazı sızdı: 19 nəfər zəhərləndi Dünən, 19:48 Gəncədə 16 min azarkeşin izlədiyi "Kəpəz" – "Qarabağ" matçında qol vurulmadı Dünən, 19:48 Trampdan miqrasiya ilə bağlı sərt açıqlama: "Açıq sərhədlər ölkələri məhv edir" Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR