Bu gün, 21:48 47

Azərbaycan kinosuna 12 milyon manat ayrılır – Bu vəsait hansı dəyişikliklərə yol açacaq?

Gələn ilin dövlət büdcəsinin layihəsində Azərbaycan kinosunun inkişafı üçün ümumilikdə 12,1 milyon manat vəsait nəzərdə tutulub. Bunun 3,1 milyon manatı Kino Agentliyinin və Dövlət Film Fondunun saxlanılmasına, 9 milyon manatı isə Azərbaycan kinosunun davamlı inkişafının təmin edilməsinə yönəldiləcək.

Bəs nəzərdə tutulan maliyyə dəstəyi yeni filmlərin istehsalına, gənc kinematoqrafçıların yetişməsinə, yaradıcı heyətin imkanlarının genişlənməsinə və Azərbaycan filmlərinin beynəlxalq kino məkanında tanıdılmasına necə təsir göstərəcək?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycan kinosuna 12 milyon manat ayrılır – Bu vəsait hansı dəyişikliklərə yol açacaq?

Dövlət vəsaiti ayrılarkən...

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova Azərbaycan kinosunun inkişafı üçün nəzərdə tutulan vəsaiti əhəmiyyətli maliyyə dəstəyi kimi qiymətləndirir. Bununla belə millət vəkili hesab edir ki, kinonun inkişafını yalnız ayrılan vəsaitin həcmi ilə ölçmək olmaz: "Əsas məsələ maliyyənin hansı layihələrə, meyarlarla və hansı nəticələrin əldə olunması məqsədilə yönəldilməsidir. Maliyyə dəstəyi özlüyündə keyfiyyətli film demək deyil. Bu vəsait düzgün idarə olunduğu, yaradıcı potensialla birləşdirildiyi və konkret hədəflərə yönəldildiyi zaman real nəticə verə bilər". Millət vəkili hesab edir ki, Azərbaycan kinosunun inkişafı üçün yalnız yeni filmlərin istehsalına diqqət yetirmək kifayət deyil: "Ssenari məktəbinin gücləndirilməsi, peşəkar rejissor və prodüserlərin yetişdirilməsi, gənc istedadların üzə çıxarılması, texniki bazanın yenilənməsi, eləcə də yayım və distribusiya imkanlarının genişləndirilməsi vacibdir. Yaxşı film çəkib onu tamaşaçıya çatdıra bilməmək də ciddi problemdir. Kino istehsalı yalnız çəkiliş meydançasında bitmir. Filmin reklamı, festivallarda iştirakı, kinoteatrlarda nümayişi, rəqəmsal platformalara çıxışı da onun uğurunun mühüm hissəsidir. Biz elə bir sistem qurmalıyıq ki, dövlət dəstəyi ilə çəkilən film arxivdə qalan layihəyə çevrilməsin, tamaşaçı ilə görüşə bilsin və öz auditoriyasını qazansın".

Deputat digər mühüm məsələ kimi şəffaf və rəqabətli maliyyələşmə mexanizmlərini qeyd edir: "Dövlət vəsaiti ayrılarkən layihələrin seçimi obyektiv ekspertiza, aydın meyarlar və peşəkar qiymətləndirmə əsasında aparılmalıdır. Gənc rejissorlara, müstəqil studiyalara və yeni istedadlara da layihələrini reallaşdırmaq imkanı yaradılmalıdır. Animasiya, uşaq filmləri, sənədli kino və debüt layihələrinə xüsusi diqqət ayrılmalıdır".

Azərbaycan kinosuna 12 milyon manat ayrılır – Bu vəsait hansı dəyişikliklərə yol açacaq?

"Milli kino yalnız büdcədən asılı qalmamalıdır"

Millət vəkili hesab edir ki, milli kinonun inkişafı yalnız büdcə vəsaitindən asılı qalmamalıdır: "Dövlət dəstəyi özəl sektorun, investorların, televiziya və rəqəmsal platformaların, beynəlxalq tərəfdaşların da bu sahəyə marağını artırmalıdır. Məqsəd dövlətin maliyyələşdirdiyi bir neçə film çəkmək yox, özünü inkişaf etdirə bilən, yeni iş yerləri yaradan, istedadları ölkədə saxlayan və iqtisadi dəyər formalaşdıran kino sənayesi qurmaqdır". E.Akimovanın qənaətinə görə, ayrılan vəsait milli kinonun bütün problemlərini birdəfəlik həll etməsə də, düzgün prioritetlər müəyyənləşdirilərsə, ciddi inkişaf üçün yaxşı başlanğıc ola bilər.

Azərbaycan kinosuna 12 milyon manat ayrılır – Bu vəsait hansı dəyişikliklərə yol açacaq?

"Büdcəmiz nə qədərdirsə, ona uyğun layihələr həyata keçiriləcək"

Kinodramaturq İlqar Fəhmi hesab edir ki, kino sahəsinə ayrılan vəsaitin həcmi görüləcək işlərin miqyasını müəyyənləşdirir: "Kino Agentliyinin fəaliyyəti yalnız film istehsalı ilə məhdudlaşmır. Onun fəaliyyəti çoxşaxəlidir: müxtəlif təlim və treninqlərin təşkili, beynəlxalq kinofestivallarda iştirak, ölkəmizdə keçirilən festivalların dəstəklənməsi, xarici ölkələrlə birgə layihələrin həyata keçirilməsi, eləcə də gənclərə yönəlmiş təşəbbüslərin maliyyələşdirilməsi bu fəaliyyətin əsas istiqamətlərindəndir. Bu baxımdan, vəsait nə qədər olursa, ona uyğunlaşırsan. Büdcəmiz nə qədərdirsə, Kino Agentliyi də ona uyğun layihələr həyata keçirəcək".

Azərbaycan kinosuna 12 milyon manat ayrılır – Bu vəsait hansı dəyişikliklərə yol açacaq?

Daha geniş auditoriyaya ehtiyac

Ssenarist Nicat Dadaşov Azərbaycan kinosuna ayrılan vəsaitin artırılmasını müsbət qiymətləndirir. Ssenaristin fikrincə, maliyyələşmə zamanı yalnız əvvəlki illərdə vəsait ayrılan istiqamətləri davam etdirməklə kifayətlənmək olmaz: "Kino sənayesinin əhatə dairəsi genişləndirilməli, maliyyə dəstəyi təkcə film istehsalına deyil, bütövlükdə Azərbaycan kino mühitinin inkişafına yönəldilməlidir". N.Dadaşov xüsusilə yerli filmlərin xaricdə tanıdılması, beynəlxalq festivallarda Azərbaycanı təmsil edən kinematoqrafçıların sayının artırılması və yerli tamaşaçıların milli kinoya marağının bərpasını vacib hesab edir: "Azərbaycan tamaşaçısının kinoya olan marağını qaytarmaq lazımdır. Bu, təkcə filmləri kinoteatrlarda nümayiş etdirməklə bitmir. Burada televiziya, media təbliğatı, ictimai məkanlarda tanıtım da var. Azərbaycan kinosu özünə müəyyən bir platforma formalaşdırmalıdır ki, yeni filmlər istehsal olunanda həm yerli tamaşaçı, həm də xarici auditoriya onları gözləsin". Ssenarist həmçinin filmlərin tanıdılması üçün PR və marketinq fəaliyyətinə ayrıca vəsait ayrılmasının vacibliyini qeyd edir: "Çünki elə bir dövrdə yaşayırıq ki, gördüyün işin reklamı olmasa kölgədə qalacaq, tamaşaçı da ondan xəbərsiz olacaq. Hazırda əsas məqsəd yalnız filmlərin sayını artırmaq deyil, istehsal olunan ekran əsərlərinin daha geniş auditoriyaya çatdırılmasına nail olmaqdır".

Azərbaycan kinosuna 12 milyon manat ayrılır – Bu vəsait hansı dəyişikliklərə yol açacaq?

Tamaşaçını cəlb etmək

Kinorejissor, prodüser, "Sinema-radio" kinoradio kanalının rəhbəri Kamran Qasımovun fikrincə, dövlət dəstəyi ilə filmlətin çəkilməsi lokomotiv rolunu oynayır: "Növbəti il üçün filmlərə ayrılan məbləğ ürəkaçandır. Biz bu məbləği doğrultmağa çalışacağıq. Kino sənayesi məbləğin müsabiqələr yolu ilə xərclənməsini təmin edəcək. Bu il Azərbaycan kinosunda böyük uğurlar müşahidə etdik. Filmlərin xarici festivallarda mükafatlanmasını gördük. Bu vəsait tam şəkildə xərclənməli, tamaşaçıları cəlb edən filmlər yaratmalıdır. Bizim kontent həm bizi xaricdə tanıtmalı, həm də tamaşaçını ekrana bağlamalıdır".

Paylaş

Xəbər lenti

İran yeni raket buraxılış qurğusunu nümayiş etdirdi Bu gün, 21:48 "Yuventus"dan möhtəşəm qələbə: Rəqibini 4 qolla məğlub etdi Bu gün, 21:48 Azərbaycan kinosuna 12 milyon manat ayrılır – Bu vəsait hansı dəyişikliklərə yol açacaq? Bu gün, 21:48 İranda elektrik enerjisi ilə bağlı ciddi problem: Ölkə üzrə fasilələr başlayacaq Bu gün, 20:48 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib Bu gün, 20:48 Hövsanda yollar bərbad vəziyyətdədir – Sakinlər şikayət edir, bələdiyyə sənədsiz evləri əsas gətirir Bu gün, 20:48 Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır Bu gün, 20:48 Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu Bu gün, 20:48 Amerikalı nazir: TRIPP layihəsi regionda iqtisadi və ticari əlaqələrin inkişafına töhfə verəcək Bu gün, 20:48 Belçikada hava nəqliyyatı dayanmaq üzrədir: Uçuşlara ciddi məhdudiyyət qoyulacaq Bu gün, 20:48 Almaniyada kilsədə dəm qazı sızdı: 19 nəfər zəhərləndi Bu gün, 19:48 Gəncədə 16 min azarkeşin izlədiyi "Kəpəz" – "Qarabağ" matçında qol vurulmadı Bu gün, 19:48 Trampdan miqrasiya ilə bağlı sərt açıqlama: "Açıq sərhədlər ölkələri məhv edir" Bu gün, 19:48 Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik" Bu gün, 19:48 Gəncədə "Kəpəz" – "Qarabağ" matçı başladı: Tribunalarda 16 minə yaxın azarkeş var Bu gün, 18:48 Sabah hava meteohəssas insanlara təsir edə bilər – XƏBƏRDARLIQ Bu gün, 18:48 Hörmüz boğazında gərginlik artır: Bir həftədə 25 tanker hücuma məruz qalıb Bu gün, 18:48 Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü Bu gün, 18:48 Qalibaf: ABŞ hərbi yolla məqsədinə çata bilməyəcəyini anlayıb Bu gün, 17:48 "Neftçi" "Araz-Naxçıvan"ı məğlub edərək Premyer Liqada liderliyə yüksəldi Bu gün, 17:48 15 yaşlı oğlan bacısını "TikTok"da canlı yayımlar açdığına görə bıçaqlayıb - Təfərrüat Bu gün, 17:48 Buz kimi soyuq suda çimmək ÖLÜMCÜL OLA BİLƏR – Həkimdən XƏBƏRDARLIQ Bu gün, 17:48 Qızıl, bank, yoxsa daşınmaz əmlak: Azərbaycanda pulu harada saxlamaq daha sərfəlidir? Bu gün, 17:48 Zelenski: Kiyevdə dron hücumundan sonra 14 nəfərdən xəbər yoxdur Bu gün, 16:48 Məşhur turizm bölgəsində güclü yanğın Bu gün, 16:48 Məhkəmədən BYD-yə qadağa: Bu modelinin Avropada satışı dayandırılır Bu gün, 15:48 Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir Bu gün, 15:48 Cəlilabadda avtomobil 70 yaşlı piyadanı vurub Bu gün, 15:48 Paytaxtda sürüşmə təhlükəsi böyüyür: İnsanlar evlərindən köçürülə bilərlər Bu gün, 14:48 Gəncədə iki avtomobil toqquşub, iki yeniyetmə xəsarət alıb Bu gün, 14:48 Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi Bu gün, 14:48 Xərçəngin ən qəddar növünə qarşı effektiv vasitə: Yeni texnologiya nə vəd edir? Bu gün, 13:48 Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib Bu gün, 13:48 Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib Bu gün, 13:48 Görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasından 104 il ötür Bu gün, 13:48 İki boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib Bu gün, 12:48 Azərbaycanın məşhur bəstəkarının bu gün 76 yaşı tamam olur Bu gün, 12:48 Azərbaycan vətəndaşları bu ərəb ölkəsinə vizasız gedə biləcək - RƏSMİ Bu gün, 12:48 Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib Bu gün, 12:48 Məşhur futbolçu finaldan sonra müsahibə zamanı huşunu itirib Bu gün, 12:48 Qazaxda iki nəfər bıçaqlandı, polis şübhəlini saxladı Bu gün, 12:48 Azərbaycanda 4-cü kurs tələbəsi VƏFAT ETDİ Bu gün, 11:48 Bakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər Bu gün, 11:48 Bəzi rayonlarda intensiv yağış, Şahdağda qar yağıb Bu gün, 11:48 Astarada qəza oldu, 5 kəndin qazın kəsildi Bu gün, 11:48 COP31-də yekun saziş üzrə yeni razılaşma layihəsi təqdim edildi Bu gün, 11:48 SEPAH Bəhreyndə ABŞ-yə məxsus iki hərbi bazanı hədəfə alıb Bu gün, 10:48 İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR