
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) eyni anda iki maye yanacaqlı raketin buraxılması üçün nəzərdə tutulmuş yeni hərbi qurğunu ictimaiyyətə təqdim edib.
BAKU.WS xəbər verir ki, İranın dövlət televiziyası SEPAH-a məxsus yeraltı raket bazasından görüntülər yayımlayıb.
Kadrlarda iki raketi eyni vaxtda buraxmaq imkanına malik olduğu bildirilən sistem nümayiş olunub. Qeyd edilib ki, İran bundan əvvəl oxşar texnologiyanı bərk yanacaqlı raketlərdə tətbiq edib.
Maye yanacaqlı raket mühərrikləri müəyyən texniki şərtlər daxilində uçuş sürətini və istiqamətini tənzimləməyə imkan verir.
SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Seyid Məcid Musəvi ölkənin müdafiə potensialının genişləndirildiyini açıqlayıb.
Onun sözlərinə görə, İran ordusunun arsenalına gözlənilməz imkanlara və yüksək effektivliyə malik yeni vasitələr daxil edilib.
Yeni raket qurğusunun dəqiq texniki xüsusiyyətləri və döyüş imkanları barədə ətraflı məlumat verilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.