Bu gün, 18:48 24

Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında

Ermənistan hökuməti vəd etdiyi yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu, Ermənistan dövlətinin gələcək inkişafı, Azərbaycanla sülh prosesinin başa çatdırılması, bölgədə sabitliyin təmin edilməsi baxımından mühüm siyasi hadisə sayılır. Bu mənada ən vacib məqamlardan biri yeni Konstitusiyadan 1990-cı ildə qəbul edilmiş Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasıdır. Bundan əlavə, xarici siyasətdə sülh və mehriban qonşuluq prinsipləri, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində mövcudluğu, gələcəkdə dövlət gerbinin dəyişdirilməsi məsələsi də diqqət çəkir.

Müstəqillik Bəyannaməsinə istinadın ləğvi

2020-ci il müharibəsindən sonra rəsmi Bakının təşəbbüsü ilə sülh danışıqlarına başlanıldı. Azərbaycan uzun müddət bölgədə sülhün və sabitliyin tərəfdarı olduğunu nümayiş etdirir, bu istiqamətdə real addımlar atır. Sülhün qarşısında duran ən böyük maneələrdən biri isə Ermənistan Konstitusiyasında 1990-cı ilin Müstəqillik Bəyannaməsinə istinaddır. Bəyannamədə "Dağlıq Qarabağ"ın Ermənistana birləşdirilməsi nəzərdə tutulurdu ki, bu da Azərbaycana qarşı ərazi iddialarının rəsmi ifadəsidir.

Lakin 2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda Sülh sazişinin mətnini parafladı və bu, rəsmi İrəvanın daxili siyasi hədəflərlə yanaşı həm də yekun sülhə nail olmaq üçün konstitusiya islahatlarına getməsini qaçılmaz etdi. Doğrudur, ötən il ərzində Konstitusiyaya dəyişikliklərin Sülh sazişindən sonraya saxlanılmasına cəhdlər də oldu. Lakin Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddialarının gələcəyə saxlanılması sülh sazişinin imzalanmasını və deməli, rəsmi İrəvanın özünün gələcək siyasi-iqtisadi hədəflərinə çatmasını gecikdirə bilərdi.

Nəhayət, Ermənistan hökuməti referenduma çıxarmaq istədiyi yeni Konstitusiyanın mətnini açıqladı. Paşinyan xalqa müraciətində Konstitusiyanın 8-ci maddəsində xarici siyasətin prioriteti kimi sülhün müəyyən edilməsini Müstəqillik Bəyannaməsinin münaqişə məntiqindən imtina kimi təqdim edib: "Bu müddəa tarixi əhəmiyyət daşıyır. Bəli, bu, 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsinin məntiqindən, yəni münaqişə məntiqindən imtinadır".

Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında

Qeyd edək ki, Ermənistan Konstitusiyasının 116-cı maddəsi beynəlxalq müqavilələrin ratifikasiyası, dayandırılması və ləğvi qaydasını tənzimləyir. Konstitusiyaya zidd olan beynəlxalq müqavilələr ratifikasiya edilə bilməz. 168-ci maddənin 3-cü bəndi isə beynəlxalq müqavilələrdə nəzərdə tutulan öhdəliklərin ratifikasiyadan əvvəl Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılmasını tələb edir. Bu baxımdan, Ermənistanın hazırkı Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə verilən istinadın saxlanılması Azərbaycanla imzalanacaq sülh sazişinin konstitusion uyğunluğu məsələsində hüquqi mübahisə yarada bilərdi. İstinadın yeni Konstitusiyadan çıxarılması isə bu potensial ziddiyyətin aradan qaldırılması və sülh sazişinin ratifikasiyası üçün daha aydın hüquqi zəmin yaradılması baxımından əhəmiyyətlidir.

Paşinyan bildirib ki, Üçüncü Respublika münaqişə və qarşıdurma üzərində yaradılıb. Yeni Konstitusiya isə fərqli, sülh, təhlükəsizlik və rifaha əsaslanan Dördüncü Respublikaya keçiddir.

Baş nazir, "Böyük Ermənistan" ritorikasını ölkənin talan edilməsi ilə əlaqələndirir və bildirir ki, Qarabağ münaqişəsi Ermənistanı dövlətçiliyin məhvi astanasına gətirib. O, indiki müxalifəti tənqid edərək, "üçbaşlı müharibə partiyası" Cənubi Qafqazda sülhə mane olmağa çalışır" fikrini səsləndirib. Bununla da ölkədaxili siyasi mübarizəni özünün əsas mövzularından biri kimi təqdim edir və yaxın vaxtlarda, çox güman ki, layihə referendumdan keçdikdən sonra müxalifəti tarixin bir küncünə göndərmək üçün fəaliyyətə başlayacağının siqnalını verir.

Paşinyanın yeni Konstitusiya ilə bağlı referendumda xalq layihəni dəstəkləyərsə, Azərbaycanla sülh prosesini yekunlaşdıracağını və növbəti seçkilərdə Baş nazirliyə namizəd olmayacağını bəyan etməsi də xüsusi əhəmiyyət daşıyır. Bu, müxalifətin "Paşinyan kreslosunu qorumaq üçün güzəştə gedir" ittihamını sıradan çıxarır. Eyni zamanda ondan narazı elektoratı da sakitləşdirir və açıqca deyir ki, siz mənə yox, sülhə səs verirsiniz - mən onsuz da postu təhvil verəcəyəm. Bununla da Paşinyan Ermənistan tarixində sülhü imzalayan və Dördüncü Respublikanı quran şəxs kimi qalmağı hədəfləyir.

Dinc qonşuluq, qarşılıqlı fayda

Ermənistanın yeni Konstitusiya layihəsində diqqətçəkən digər məqam xarici siyasətlə bağlıdır. Mətnə əsasən, sülhün qorunması xarici siyasətin prioritetidir, bütün dövlətlərlə mehriban qonşuluq və qarşılıqlı faydalı münasibətlərin qurulması bu siyasətin əsasıdır. Layihənin dərcindən sonra xalqa müraciət edən Nikol Paşinyan "Ermənistanı səngərdən sülhün kəsişmə nöqtəsinə çevirmək istəyirik" ifadəsini səsləndirib. Yəni, uzun müddət qarşıdurma və təhlükəsizlik qorxuları üzərində qurulmuş siyasətdən uzaqlaşaraq, qonşularla əməkdaşlığa əsaslanan dövlətə çevrilməsini hədəfləyir. Uzun müddət regionda daim təhlükə və qarşıdurma şəraitində, özünütəcrid siyasəti ilə yaşayan Ermənistan üçün bu maddə çox vacib əhəmiyyətə malikdir. Artıq Ermənistan özünü qonşuları ilə mehriban dolanan, əlaqələr quran dövlət kimi təsdiqləmək şansı qazanıb. Qarşılıqlı faydalı münasibətlər isə iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılması, ticarətin inkişafı və regional əməkdaşlıqdan hər iki tərəfin bəhrələnməsi deməkdir.

Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında

Beynəlxalq səviyyədə tanınmış ərazi və gerb

Ermənistanın yeni Konstitusiya layihəsində digər maraqlı məqam "beynəlxalq səviyyədə tanınmış ərazi" ifadəsi ilə bağlıdır. Bu yanaşma Ermənistanın dövlətçilik çərçivəsini beynəlxalq səviyyədə tanınmış ərazi ilə, yəni "Real Ermənistanla" məhdudlaşdırmaq niyyətini ifadə edir.

Paşinyanın irəli sürdüyü "Real Ermənistan" konsepsiyası fonunda əhəmiyyət daşıyan digər yeniliklər isə Konstitusiya layihəsindəki dövlət rəmzləri ilə bağlı müddəalardır. Hazırkı Konstitusiyada Ermənistanın dövlət gerbinin təsviri, o cümlədən Ağrı dağı və Nuhun gəmisi ilə bağlı elementlər birbaşa Əsas Qanunda əksini tapır. Yeni layihədə isə bu təsvirin Konstitusiya mətnindən çıxarılması və gerb, bayraq, himnin təsvirinin referendumla qəbul ediləcək qanunla müəyyənləşdirilməsi təklif olunur. Əsas məsələ bundan sonra həmin rəmzlərin necə müəyyənləşdiriləcəyi və cəmiyyətin bu dəyişikliyə münasibətinin necə olacağıdır.

Son söz erməni cəmiyyətinindir

Yeni Konstitusiya layihəsinin açıqlanması hələ onun qəbul edilməsi və ya mütləq qəbul ediləcəyi demək deyil. Çünki ictimai müzakirələr, parlament mərhələsi və referendum prosesi var. Bu gün Ermənistan hakim partiyasının nümayəndələri açıqlama verərək bildiriblər ki, müzakirələr mart ayına qədər davam edəcək. Bu mərhələlərin hər biri əslində Paşinyan hakimiyyəti üçün ciddi sınaq sayılır. Birincisi, layihənin parlamentdə necə qarşılanacağı artıq indidən üzə çıxır. Müxalifət nümayəndələrinin açıqlamalarından məlum olur ki, qış ayları Ermənistan parlamentində kifayət qədər "qızmar" keçəcək. Çünki Müstəqillik Bəyannaməsinə istinadın ləğvi revanşizmin tarixin bir küncünə atılması deməkdir. Buna görə də müxalif qüvvələrin bütün güclərini ortaya qoyaraq, müzakirələrdə və prosedurlardan keçmə mərhələsində maneələr yaradacağını proqnozlaşdırmaq olar.

Ermənistan qanunvericiliyinə görə, referendumun təyini üçün 70 səs lazımdır. "Vətəndaş müqaviləsi" isə parlamentdə 64 deputatla təmsil olunur. Əlavə 6 səsə ehtiyac var. Ya Paşinyan komandası rəqiblərindən 6 nəfəri öz tərəfinə çəkməli, siyasi razılaşma əldə etməli, ya da növbədənkənar seçkilərə gedib, ən azından həmin 6 yeri özü əldə etməyə çalışmalıdır.

Digər mühüm amil isə erməni diasporu, xüsusən də ABŞ, Fransa və digər Qərb ölkələrində fəaliyyət göstərən təşkilatlardır. Uzun illər Qarabağ kartından istifadə edərək, erməni hökumətinə təzyiq rıçaqından istifadə edən diaspor da yeni Konstitusiya layihəsinə qarşı çıxa bilər. Bundan əlavə, xarici qüvvələri də nəzərə almaq lazımdır. Azərbaycanla Ermənistan arasında sülhə maneə olan, regionun inkişafını istəməyən qüvvələr aktivləşə və erməni müxalifəti ilə birlik göstərərək, yeni layihəyə qarşı çıxa bilərlər.

Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında

Burada vacib məqamlara kilsə ilə dövlətin münasibətlərinin qanunla tənzimlənməsi məsələsini də əlavə edə bilərik. Çünki "Böyük Ermənistan", "dənizdən dənizə dövlət" prinsipləri kimi zəhərli fikirlər məhz uzun illər Kilsə tərəfindən cəmiyyətə aşılanıb. Yeni maddə ilə Kilsə ilə münasibətlərin hüquqi çərçivəsinin yenidən müəyyənləşdirilməsi üçün zəmin yarana bilər.

Hər bir halda, indi əsas məsələ Paşinyanın siyasi addımlarından daha çox erməni cəmiyyətinin hansı yolu seçəcəyidir. Ermənistan dövləti və hakimiyyəti ilə yanaşı, erməni xalqı da mövqeyini ortaya qoymalı, gələcəklə bağlı düzgün seçim etməlidir.

Azərbaycanın mövqeyi isə aydındır: Ermənistanın daxili siyasi və ideoloji məsələləri bu ölkənin öz işidir. Rəsmi Bakını maraqlandıran əsas məsələ ölkəmizə qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəaların aradan qaldırılması və sülh sazişinin imzalanmasına mane olan problemlərin həllidir.

Paylaş

Xəbər lenti

Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar Bu gün, 18:48 Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI Bu gün, 18:48 Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında Bu gün, 18:48 İcarəyə maşın götürdü, ehtiyat hissələrini sökərək satdı Bu gün, 18:48 Tramp: Huanqın "Nvidia"ya qayıdışı düzgün qərardır Bu gün, 18:48 Azərbaycanda Dünya Çempionatı keçirilir - 900-dən çox idmançı mübarizə aparacaq Bu gün, 18:48 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 17:48 İsa Həbibbəyli: Sərdar Berdiməhəmmədovun kitabı Türkmənistanın "pasportu"dur Bu gün, 17:48 Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri Bu gün, 17:48 Binə qəsəbəsində mağazalardan oğurluq edən iki nəfər saxlanılıb Bu gün, 17:48 "By Fateh Gənclik"də nöqsanlar aşkarlandı - GÖRÜNTÜLƏR Bu gün, 17:48 Jiva Tünzalə Ağayevanın repertuarına müraciət etdi - VİDEO Bu gün, 17:48 Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü Bu gün, 17:48 Bakıda və rayonlarda sabah külək güclənəcək Bu gün, 17:48 Çingiz Kişiyev: "İlk dəfə çempionatda UWW təşkilatının xüsusi patentləşdirilmiş kəməri təqdim ediləcək" Bu gün, 16:48 Nərimanovda açıq lyukun qapağı oğurlanıbmış - Açıqlama Bu gün, 16:48 Nar Oyun Mərkəzində oyna, smartfon qazan! Bu gün, 16:48 Azərbaycanda oyuncaqların satışı ilə bağlı YENİ TƏLƏB - Bundan sonra... Bu gün, 16:48 Pərviz Şahbazova yeni vəzifə verildi Bu gün, 16:48 Polis Abşeronda reyd keçirdi, 16 sürücü saxlanıldı Bu gün, 16:48 Bu yolda cərimələnə bilərsiniz: Yol nişanları dəyişdirilib Bu gün, 16:48 Polis Akademiyasında təcrübəyönümlü tədris metodikası davam etdirilir Bu gün, 16:48 Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə Trampa təşəkkür edib Bu gün, 16:48 Ceyhun Bayramov: Bu ilin ilk 9 ayında Azərbaycan-İtaliya ticarət dövriyyəsi 9 milyard dollara çatıb Bu gün, 16:48 Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət Bu gün, 16:48 "O, hər gün daha da inkişaf edir" - Okan Buruk Bu gün, 16:48 Xaçmazda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib Bu gün, 16:48 İstanbulda tramvayla avtobus toqquşub Bu gün, 16:48 Qarabağ Universitetinin tələbələri qıza görə dalaşdılar: Biri universitetdən qovuldu Bu gün, 16:48 "Sabah" - "Barselona" matçının baş hakimi daha əvvəl 4 dəfə Azərbaycan klublarının oyununa təyinat alıb Bu gün, 15:48 Ceyhun Bayramov: Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olmamasını müsbət qiymətləndiririk Bu gün, 15:48 Tayani 20 Yanvar faciəsi zamanı insan tələfatının miqyasından sarsıldığını bildirib Bu gün, 15:48 7 yaşında şahmatla tanış oldu, 18 yaşında dünya çempionu oldu Bu gün, 15:48 Ceyhun Bayramov: Azad olunmuş ərazilərdə bərpa işlərində İtaliya şirkətləri fəal iştirak edirlər Bu gün, 15:48 "Nar"ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib Bu gün, 15:48 Su polisi brakonyerlik etməkdə şübhəli şəxsləri saxlayıb Bu gün, 15:48 "TikTok"da avtomobil elanları yerləşdirərək dələduzluq edən şəxs saxlanılıb Bu gün, 15:48 "Unutmayacağımız dostluq jestidir" - İtaliyadan Azərbaycana təşəkkür Bu gün, 14:48 Sabahdan Bakının 2 rayonunda SU KƏSİLƏCƏK Bu gün, 14:48 Ramiz Mehdiyev və ailəsi Əli Kərimlinin məhkəməsinə çağırıldılar Bu gün, 14:48 Lamin Yamal "Sabah"la oyunu buraxacaq Bu gün, 14:48 Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarının ictimaiyyətə açıqlanması haqqında dəyişiklik təsdiqlənib Bu gün, 14:48 Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddəti azaldılıb Bu gün, 14:48 Prezident ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı dəyişikliyi imzalayıb Bu gün, 14:48 Bakının bu rayonlarında mənzillər 20 faizdən çox bahalaşıb - SİYAHI Bu gün, 14:48 Nərimanovda açıq lyuk təhlükəsi - Gecə ərazidən keçmək risklidir Bu gün, 14:48 Jalə Məmmədova və Kəmalə Əliyevaya vəzifə verildi Bu gün, 13:48 Alyona Əliyeva "İki dünya arasında" adlı fərdi sərgidən paylaşım edib Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR