
Rusiyalı musiqi prodüseri Elmir Məhərrəmov vəfat etməzdən qısa müddət əvvəl borclarla və alkoqol asılılığı ilə bağlı problemlər yaşayıb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı şoumen Sergey Dvortsov "RİA Novosti"yə bildirib.
Onun sözlərinə görə, böyük məbləğdə borclarına görə bir çox insan Məhərrəmovu axtarırmış.
Şoumen iddia edib ki, prodüser müxtəlif şəxslərə ümumilikdə beş milyon rubl (103 420 manat - red.) borclu olub.
"Alkoqolla bağlı problemləri var idi. Son bir ildə çox qapalı insan olmuşdu, az adamla ünsiyyət qururdu", - deyə Dvortsov bildirib.
***19:14
Rusiyalı musiqi prodüseri Elmir Məhərrəmov 36 yaşında dünyasını dəyişib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, o, Moskvanın qərbində, Vasili Lanovoy küçəsində ölü tapılıb.
Hazırda Məhərrəmovun ölüm səbəbi məlum deyil. Prodüserin intihar etdiyi və ya bədbəxt hadisənin qurbanı olduğu ehtimal edilir.
Qeyd edək ki, Məhərrəmov 10 ildən artıq müddət ərzində şou-biznes sahəsində çalışıb. O, "360 dərəcə" formatında layihələrin idarə olunması üzrə ixtisaslaşıb. Müxtəlif illərdə "Self Made Music", "Archer Music" və "Out of Records" leybllərinə rəhbərlik edib.
Musiqi meneceri və konsert təşkilatçısı kimi Olqa Buzova, "Artik & Asti" ilə əməkdaşlıq edib. Leybl rəhbəri kimi isə Buzova, Dima Bilan, "Artik & Asti", T'Killah, "Alex & Rus", Dashi və digər ifaçılarla çalışıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.