
Bakının Sabunçu rayonunda 16 yaşlı motosikletçinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, 2007-ci il təvəllüdlü Əliyev Yüsif Əliağa oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.
Xəsarət alan Y.Əliyev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun sınığı diaqnozu qoyulub.
Hadisə araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.