
UEFA Avropa Liqasının oyunlarında baş verən azarkeş qarşıdurmaları və iğtişaşlarla bağlı rəsmi açıqlama yayıb.
AVESTA.AZ xəbər verir ki, qurumun bəyanatına əsasən, "Marsel" - "Levski" (1:0) və "Beşiktaş" - "Hapoel" (2:1) qarşılaşmalarında yaşanan hadisələr ciddi narahatlıq doğurub.
Xatırladaq ki, "Marsel" azarkeşlərinin "Levski" tərəfdarlarına hücumu nəticəsində 10-dan çox bolqarıstanlı azarkeş xəsarət alıb. "Beşiktaş" - "Hapoel" matçında isə stadion mühafizəsinin bir azarkeşdən Fələstin bayrağını almağa cəhd etməsindən sonra qarşıdurma yaranıb. Hadisəyə müdaxilə edən polis gözyaşardıcı qazdan istifadə edib.
UEFA bəyan edib ki, zorakılıq, aqressiya, nifrət, ayrı-seçkilik və ekstremist davranış futbolun dəyərlərinə ziddir. Qurum bütün azarkeşləri qarşılıqlı hörmətə və təhlükəsizliyə çağırıb.
Bundan başqa, hər iki qarşılaşmada baş verən hadisələrin araşdırılması üçün UEFA-nın Etika və İntizam üzrə müfəttişləri təyin edilib. Toplanacaq sübutlar əsasında insidentlərin bütün təfərrüatları araşdırılacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.