
İspaniyanın "Real Madrid" klubu Mərakeş millisinin yarımmüdafiəçisi Brahim Diasla müqaviləni yeniləyib.
BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmə 2031-ci ilin yayına qədər qüvvədə olacaq.
Brahim Dias cari mövsümdə "Real Madrid"in heyətində bütün turnirlərdə 10 oyuna çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 35 milyon avrodur.
Qeyd edək ki, "Malaqa"nın yetirməsi olan Dias karyerası ərzində "Mançester Siti"də də çıxış edib. "Real Madrid"ə keçdikdən sonra isə icarə əsasında İtaliyanın "Milan" klubunun formasını geyinib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.