
Bərdədə dəm qazından öldüyü deyilən cütlükdən birinin - Pərvanə Hüseynovanın yaxınları hadisədə şübhəli məqamlar aşkar ediblər.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, Pərvanə 2025-ci ildə orta məktəbi bitirdikdən dərhal sonra 2003-cü il təvəllüdlü Kənan İmaməliyevə qoşularaq evdən qaçıb. Onların toyu təxminən 8 ay sonra olub.
Bir müddət sonra ər-arvad arasında mübahisə yaranıb, Pərvanə valideynlərinin evinə qayıdıb. Lakin, o, yenidən həyat yoldaşının yanına dönüb.
Hadisə günü yaxınları Pərvanənin mobil telefonuna baxış keçiriblər. Onların iddiasına görə, telefondakı bütün yazışmalar silinmiş vəziyyətdə olub.
Qohumlar hadisənin səbəbinin müəyyənləşməsi üçün prokurorluğun araşdırmasını və ekspertiza rəylərinin nəticələrini gözlədiklərini qeyd ediblər.
*** 15:50
Bərdədə dəm qazından zəhərlənən ər-arvadla bağlı yeni detal məlum olub.
BAKU.WS "Teleqraf"a istinadla xəbər verir ki, cütlük yeni ailə qurubmuş.
Hadisə zamanı zəhərlənən 2003-cü il təvəllüdlü Kənan İmaməliyev və onun 2008-ci il təvəllüdlü həyat yoldaşı Pərvanə Hüseynova əslən Ağdam rayonundandırlar.
*** 11:10
Bərdədə ər-arvad dəm qazından zəhərlənib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Kənan İmaməli oğlu İmaməliyev və arvadı 2008-ci il təvəllüdlü Pərvanə Arzuman qızı Hüseynova yaşadıqları Əliyanlı kəndindəki evdə dəm qazından zəhərlənib.
Xəstəxanaya yerləşdirilmiş P.Hüseynova ölüb, K.İmaməliyevin vəziyyəti orta-ağırdır.
Araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.