
Əfqanıstanda məktəbin yaxınlığında baş verən partlayış nəticəsində azı 10 şagird ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə BBC hökumətin Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb. Bundan əlavə, 110 şagird yaralanıb.
Xatırladaq ki, partlayış bu gün səhər saatlarında Kunar vilayətinin mərkəzində, Andirsir rayonunda, məktəbin yaxınlığında yerləşən və filiz hasilatı ilə məşğul olan şirkətlərin partlayıcı maddələr anbarında baş verib.
*** 14:30
Əfqanıstanın Kunar vilayətində orta məktəbdə baş verən güclü partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər isə yaralanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin rəsmi nümayəndəsinin müavini Həmdullah Fitrət "X" sosial şəbəkəsində bildirib.
"Dərin hüznlə bildiririk ki, bu gün səhər saatlarında Kunar vilayətinin mərkəzində, Andirsir bölgəsində məktəbin yaxınlığında partlayış baş verib, ilkin məlumatlara görə, nəticədə məktəbin 7 şagirdi ölüb və 99-dan çox insan yaralanıb", - o yazıb.
Həmdullah Fitrət əlavə edib ki, ilkin təhqiqata əsasən, partlayış qeyd olunan məktəbin yaxınlığında yerləşən, filiz hasilatı ilə məşğul olan şirkətlərə məxsus partlayıcı maddələr anbarında səhlənkarlıq və diqqətsizlik səbəbindən baş verib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.