Bu gün, 16:48 82

Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək - Qayda dəyişir

Həyətyanı torpaq sahəsi üçün yalnız plan-ölçü sənədi olan bəzi vətəndaşların mülkiyyət hüququnu rəsmiləşdirməsi mümkün ola bilər. Bununla bağlı qanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçib.

Torpaq islahatı çərçivəsində həyətyanı sahə alan vətəndaşların bir qisminə mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamə, digərlərinə isə yalnız plan-ölçü sənədi verilib. Plan-ölçü texniki sənəd olduğu üçün onun əsasında çıxarış almaq mümkün olmayıb. Bu səbəbdən ölkədə minlərlə sənədsiz mülk var.

Layihəyə əsasən, torpaq islahatı çərçivəsində vətəndaşlara verilmiş həyətyanı sahələr üzrə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2015-ci il fevralın 6-dək tərtib etdiyi plan-ölçü sənədi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas sayılacaq.

BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan deputat Müşfiq Məmmədli qeyd edib ki, layihə vətəndaşların mülkiyyət hüquqlarının təmin olunması, uzun illər ərzində formalaşmış hüquqi problemlərin aradan qaldırılması və sosial ədalət prinsipinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

O bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən torpaq islahatı ölkədə xüsusi mülkiyyət münasibətlərinin formalaşmasında, regionların sosial-iqtisadi inkişafında və əhalinin rifahının yüksəldilməsində müstəsna rol oynamışdı:

Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək - Qayda dəyişir

"Lakin sonrakı dövrlərdə torpaq sahələrinin sənədləşdirilməsi mexanizmlərində baş verən dəyişikliklər müəyyən hüquqi problemlərin yaranmasına səbəb olub. Belə ki, 2006-cı il iyulun 6-dək vətəndaşlara həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr verilib. Həmin tarixdən sonra isə vətəndaşlara Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən yalnız torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim edilib. Nəticədə eyni hüquqi əsaslarla torpaq sahəsi əldə etmiş vətəndaşlar fərqli hüquqi vəziyyətlə üzləşiblər. Bir qrup vətəndaş öz mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıra bildiyi halda, digər qrup vətəndaş əlində rəsmi dövlət qurumu tərəfindən verilmiş sənəd olmasına baxmayaraq, bu imkandan məhrum olub".

M.Məmmədli əlavə edib ki, oxşar problem 2006-2015-ci illərdə bələdiyyələr tərəfindən ayrılmış və plan-ölçü sənədləri tərtib edilmiş həyətyanı torpaq sahələrinə münasibətdə də yaranır:

"Təqdim olunan qanun layihəsinin əhəmiyyətini bir neçə istiqamətdə qiymətləndirmək mümkündür. Birincisi, sosial ədalətin və hüquqi bərabərliyin təmin olunmasıdır. Vətəndaş dövlət orqanlarının sənədləşdirmə mexanizmlərində baş vermiş dəyişikliklərin mənfi nəticələri ilə üzləşməməlidir. Eyni hüquqi əsaslarla torpaq əldə etmiş şəxslərin mülkiyyət hüquqlarının fərqli qaydada təmin olunması probleminin aradan qaldırılması hüquqi dövlət prinsiplərinə tam uyğundur. Torpaq sahəsinin dövlət qeydiyyatına alınması yalnız çıxarışın əldə edilməsi demək deyil. Bu, həm də vətəndaşın öz əmlakı üzərində sərəncam vermək, onu satmaq, bağışlamaq, vərəsəlik qaydasında ötürmək və qanunvericiliyin tələblərinə uyğun olaraq girov predmeti kimi istifadə etmək imkanlarının genişləndirilməsi deməkdir. Beləliklə, bu dəyişikliklər ailələrin iqtisadi imkanlarının genişlənməsinə, daşınmaz əmlak bazarının şəffaflaşmasına və regionlarda iqtisadi fəallığın artmasına töhfə verə bilər".

Paylaş

Xəbər lenti

Dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib Bu gün, 16:48 Xəzər Boru Kəməri Konsorsiumunun 2026-cı ilin yekununda neft nəqlinin həcminin azalacağı proqnozlaşdırılır Bu gün, 16:48 Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir Bu gün, 16:48 İsa Həbibbəyli: Dövlət qurumları arasında minifutbol turniri idmanın kütləviləşməsinə xidmət göstərir Bu gün, 16:48 Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək - Qayda dəyişir Bu gün, 16:48 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? Bu gün, 16:48 Əfqanıstanda məktəb yaxınlığındakı partlayışda ölənlərin sayı 10-a çatıb Bu gün, 16:48 Azərbaycanda şair vəfat etdi Bu gün, 16:48 Vilyam Hacıyevin azadlıqda ilk FOTOsu Bu gün, 16:48 "Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı Bu gün, 15:48 Borcu olduğu adamın velosipedini oğurlayıb satıb, borcunu qaytaran şəxs saxlanılıb Bu gün, 15:48 Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib Bu gün, 15:48 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi Bu gün, 15:48 Mahsun Kırmızıgül: "Bəziləri atalarının ölümünü gözləyir ki, miras alsın" Bu gün, 15:48 Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR