
"Trabzonspor" azarkeşləri Türkiyə Superliqasının 35-ci turunda çempionluğu rəsmiləşdirə biləcəyi "Antalyaspor"la oyundan əvvəl Şuşaya gedib.
Bir qrup azarkeş Şuşa qalasında klubun bayrağını açıb və "Bizə hər yer Trabzon" şüarı səsləndiriblər.
Qeyd edək ki, "Trabzonspor" ölkə çempionatında 76 xalla 1-ci pillədə qərarlaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.