
Futbol üzrə Türkiyə Super Liqasında 14-cü tura start verilib.
Avesta.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Adana Dəmirspor” “Kasımpaşa”nı, “Başakşəhər” isə “Altay”ı qəbul edib. Hər iki oyun qolsuz başa çatıb.
Son turlarda uğursuz çıxış edən “Beşiktaş” bu dəfə “Girəsunspor”un müqavimətini qırmağa çalışacaq. Lider “Trabzonspor” bu turda “Fatih Karagümrük”lə üz-üzə gələcək.
“Qalatasaray” “Yeni Malatyaspor”un, “Fənərbaxça” isə “Göztəpə”nin qonağı olacaq.
Türkiyə Super Liqası, 14-cü tur
26 noyabr
Adana Dəmirspor – Kasımpaşa 0:0
Başakşəhər – Altay 0:0
27 noyabr
14:30 Antalyaspor – Alanyaspor
17:00 Rizəspor – Kayserispor
20:00 Beşiktaş – Girəsunspor
28 noyabr
14:30 Qaziantep – Konyaspor
17:00 Sivasspor – Hatayspor
17:00 Fatih Karagümrük – Trabzonspor
20:00 Yeni Malatyaspor – Qalatasaray
29 noyabr
21:00 Göztəpə – Fənərbaxça
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.