
Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında, sülh müqaviləsi üzrə danışıqlarda, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında səylərini bundan sonra da davam etdirəcək.
"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Söhbət zamanı, həmçinin Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.