
Xətai RPİ-nin 36-cı Polis Bölməsinə M.Hadi küçəsində yerləşən ofislərin birində dolabdan içərisində 3.000 manat, 850 ABŞ dolları, şəxsiyyət vəsiqəsi və bank kartları olan pulqabının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mikayıl Səlimov müəyyən edilərək saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərində heroin də aşkar edilib və götürülüb. Araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.