19-02-2023, 12:37 515

Podolyak Rusiyanın Ukraynada yeni hücum istiqamətlərini açıqlayıb

Ukrayna Prezident Ofisi Rusiya ilə müharibədə hazırkı durumu açıqlayıb.

Prezident Ofisinin müşaviri Mixayilo Podolyak “Report”un Şərqi Avropa bürosuna müsahibəsində bildirib ki, hazırda Rusiya əlində müəyyən resurs cəmləşdirib.

“Buraya səfərbər edilmiş hərbi qulluqçular, hərbi texnikalar, artilleriya imkanları daxildir. Bunların hamısı Ukraynanın işğal edilmiş ərazilərində yerləşir. Odur ki, Rusiya hücum əməliyyatlarını həyata keçirməyə çalışacaq. Məsələn, Donetsk, Luqansk, qismən Zaporoje istiqamətlərində bu qəbildən əməliyyatlar həyata keçirilir. Rusiya bununla taktiki, hətta strateji üstünlük əldə etmək istəyir. Müharibənin bundan əvvəlki mərhələsində isə biz işğal altındakı ərazilərimizdə irəliləmək, bu torpaqları azad etmək məqsədilə cəbhə xəttini möhkəmləndirir, ehtiyat hərbi qüvvələr formalaşdırırdıq. Zelenskinin Avropa ölkələrinə səfəri çərçivəsində vurğuladığı kimi, müharibənin bu mərhələsində bizə 100,150,300 kilometr məsafədə hədəfi vura bilən uzaqmənzilli raketlər lazımdır. Bununla Rusiya hərbi qüvvələrinin döyüş qabiliyyəti 30-40% azaldıla bilər. Yəni resurs və hərbi vasitələrin cəmləşdiyi ərazi məhv edildikdə, Rusiya ordusunun döyüş qabiliyyəti aşağı düşəcək. Bu mərhələnin mühüm əhəmiyyət kəsb edən məqamlardan biri məhz budur.

İkincisi, bizə döyüş sursatları lazımdır. Niyə? Çünki hazırda Donetsk istiqamətində atıcı silahların istifadə olunduğu təmas döyüşlərinin getdiyini müşahidə edirik. Rusiyanı hərbçilərin həyatları maraqlandırmadığına görə, döyüşə on minlərlə adam göndərə bilər. Buna görə də artilleriyanın atəş gücünün artırılmasına ehtiyacımız var. Məsələn, 155 millimetrlik mərmilərə. Bu, rusiyalı hərbçiləri bizim müdafiə xəttimizin ön hissəsindən 5-10 kilometr geri qaytarmaq üçün lazmdır. Bununla həm rusiyalı hərbçilər, həm də Rusiyanın artilleriya imkanları maksimum dərəcədə məhv ediləcək.

Üçüncüsü, pilotsuz uçuş aparatlarıdır. PUA-lar Rusiya hərbi strukturlarına zərbələri koordinasiya etməyə, sinxronlaşdırmağa yardım göstərəcək.

Dördüncüsü, zirehli texnikadır. Bunlar müdafiə xəttinin yarılması üçün vacibdir. Belə ki, Rusiya indiyədək işğal edilmiş ərazilərdə böyük olmasa da, müəyyən dərəcədə müdafiə məqsədli istehkamlar yaradıb. Buna görə də itkiləri azaltmaq üçün zirehli texnikalara ehtiyac duyulur”, - Podolyak vurğulayıb.

Prezident Ofisinin müşaviri qeyd edib ki, bu məqsədlə intensiv danışıqlar aparılıb və bu müzakirələr son çatıb: “İndi logistik təminat həyata keçirilir, təmir bazası yaradılır. “Leopard”, “Abrams”, “Challenger” tanklarının tədarükü həyata keçirilir. Nəhayət, müharibənin bu mərhələsi üçün xarakterik olan, daha sonrakı dövrdə lazım olacaq sonuncu vasitə müxtəlif növ hərbi aviasiyadır. Zelenski hərbi aviasiyanın tədarükü ilə bağlı danışıqlara təşəbbüs göstərib. Bizə iki növ aviasiya lazımdır. Birincisi, Ukraynanın əks-hücumu, Rusiyanın müəyyən dərinlikdə olan müdafiə xəttinin məhv edilməsi, itkilərimizin azaldılması üçün hücum aviasiyasına ehtiyac var. İkincisi, Ukrayna hava məkanını bağlamaq üçün hazırda bir çox insanların bəhs etdiyi “F-16” qırıcıları lazımdır. Belə ki, bu hərbi aviasiya vasitəsilə ballistik, hipersəs raketlərindən istifadə etmək mümkündür. Prezident bütün bunları Avropa səfəri çərçivəsində aktuallaşdırıb. Logistika, tədarük, hüquqi-siyası qərarlar, raketlər baxımından bəzi məsələlər həll edilib. Amma bəzi məsələr barədə danışıqlar aparılır. Bu, ilk növbədə hərbi aviasiyaya aiddir”.

Paylaş

Xəbər lenti

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR