22-02-2023, 16:58 467

Aİ-nin mülki missiyası, yoxsa silahlı dəstəsi: cəmi bir günə iflasa uğrayan fəaliyyət - ŞƏRH

Avropa İttifaqının (Aİ) missiyasının Ermənistanda fəaliyyətə başladığı günün səhəri Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu hadisə Azərbaycan tərəfinin haqlı olduğunu bir daha nümayiş etdirir. Çünki Azərbaycan tərəfi Aİ missiyasının gəlişinin regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcəyini dəfələrlə bildirib. Odur ki, bu məsələ Azərbaycanın haqlı tərəf kimi indiyədək beynəlxalq ictimaiyyətə çağırışlarını təsdiqləmiş olur.

Azərbaycan öz problemini hər zaman özü təkbaşına həll edib. Bu həlletmələr həm döyüş meydanında, həm də siyasi masada gerçəkləşib. Təbii ki, Azərbaycanın haqq savaşında ona mənəvi və siyasi dəstək olan kifayət qədər dost və qardaş ölkələri mövcuddur. Həmin dövlətlərin bu dəstəkləri danılmazdır.

Haqsız tərəfin - Ermənistanın himayədarlarının bu ölkəyə açıq hərbi dəstəklər göstərməsi isə göz önündədir. Aİ-nin "mülki" missiyasının da Ermənistana dəstəyi məhz bu qəbildəndir. Çünki ötən gün axşam saatlarından etibarən missiyanın məqsədinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün, eləcə də region üçün heç bir faydasının olmadığı sübut olunub.

Ona görə ki, fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun Tovuz rayonu və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundakı mövqeləri 15 dəfə atəşə tutulub.Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Təbii ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Qanunsuz erməni silahlı dəstə üzvlərinin bölgədə silahları işə salması onu göstərir ki, Aİ-nin missiyasının fəaliyyəti sıfırdan da aşağıdır. Yəni ziyanlıdır. Bu missiyanın ATƏT-in Minsk Qrupu kimi baş qatmaq və tərəf tutmaq niyyəti əvvəldən görünürdü. Buradan belə nəticəyə gəlmək olar ki, Ermənistanın himayədarları gərginliyin daha otuz il də davam etməsini ən azı arzulayırlar.

Azərbaycanın haqlı mövqeyi bəllidir və bu mövqe ən yüksək instansiyalar vasitəsilə bütün dünyaya çatdırılıb. Azərbaycan hər zaman bütün dünyada olduğu kimi regionda da sülh istəyib və gərginliyin olmamasını arzulayıb. Amma bununla yanaşı Azərbaycanın özünü müdafiə etmək hüququ da qalmaqdadır. Lazım gələrsə, bu hüquqdan istifadə zərurəti yarana bilər.

Fevralın 20-də Aİ-nin missiyasının Ermənistanda fəaliyyətə başlamasından cəmi bir gün sonra erməni qüvvələri həm Ermənistan ərazisindən, həm də rusiyalı süılhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindən mövqelərimizi atəşə tutması məsələnin mahiyyətini göstərir.

Görünür, erməni tərəfi avropalı müşahidəçilərin regionda olmasını özləri üçün “təhlükəsizlik “çətiri” hesab edir və onların ölkələrində olmasından yaman “cəsarətləniblər”. Amma Azərbaycan üçün erməni silahlı dəstələrinin hansı ölkənin və ya missiyanın arxasında gizlənməsinin heç bir əhəmiyyəti yoxdur – təxribat və təhdid davam edərsə, sərt şəkildə cavablandırılacaq. Artıq iki il yarım əvvəl hər kəs Dəmir Yumruğun zərbəsinin şahidi olub.

Aİ öz missiyasını “mülki missiya” adlandırsa da, missiyada iştirak edən 100 nəfərdən 50-nin “silahsız müşahidəçi” olduğunu ilk dəfə etiraf edib. Bu isə o deməkdir ki, missiyanın yarısı silahlı şəxslərdən ibarətdir. Bu fakt hətta erməni ictimaiyyəti üçün də gözlənilməz olub. Ermənistan rəhbərliyi ölkə ərazisinə Aİ-nin silahlı missiyasını buraxdığını indiyədək hətta öz ictimaiyyətindən də gizli saxlayıb.

Bununla yanaşı, ən qəribəsi odur ki, İran da düz sərhədinə avropalılardan ibarət silahlı missiyanın gəlişini hələ də sükutla qarşılayır. Eyni zamanda, Rusiya Aİ missiyasının Ermənistanda yerləşdirilməsinə neqativ münasibətini gizlətməsə də, açıq-aydın onu regiondan sıxışdırıb çıxartmaq cəhdlərinə qarşı təsirli tədbirlər görmür.

Paylaş

Xəbər lenti

Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR