22-02-2023, 22:05 508

Qurban Qurbanov:

"Cavab matçında daha çox güc sərf etməli olacağıq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Belçikada "Gent"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis vacib görüşə ciddi hazırlaşdıqlarını bildirib: "Sabah növbəti mərhələyə vəsiqənin taleyi həll olunacaq. İlk matçdan sonra rəqibin gücünə daha yaxından bələd olduq. Çox möhkəm komandaya qarşı oynayırıq. Futbolçularım matça hazırdırlar. Yaxşı oyun göstərmək istəyirik".

O, Marko Yankoviçin zədələnməsinə üzüldüyünü söyləyib: "Təkcə oyunumuza yox, həm də özünə görə məyus oldum. Çox yaxşı vəziyyətdə idi. Əvvəlki formasını yenicə bərpa etmişdi. İkinci dəfə zədələnməsinə üzüldüm. Futbolçularımın sağlam olması mənə əlavə güc, düşüncə verir. Buraya gələn digər oyunçularımız nə etməli olduqlarını bilirlər. Bu dəfə meydana çıxan futbolçulardan fərqli şeylər tələb edə bilərik".

Qurbanov avrokubok oyunları zamanı əksər səfərlərinin uzun olduğunu vurğulayıb: "Ona görə də çox vaxt 2 gün öncə gəlirik. Dünən 9 saat yolda olmuşuq".

Təcrübəli mütəxəssisin sözlərinə görə, hər bir matç onun üçün yeni təcrübədir: "Son vaxtlar futbolçuları motivasiya etmək heç də çətin deyil. Çünki xeyli təcrübə toplayıblar. Məni narahat edən əsas məqam komandanın istədiyim formanı yığa bilməməsidir. Hələlik istədiyim dinamikanı görə bilmirəm. Amma oyundan-oyuna daha yaxşı çıxış edirik. Şansımızdan maksimum yararlanmalıyıq. Bəzən oyunçularla müəllim-şagird kimi söhbətlərimiz olur. Bəzi futbolçularla dost kimi çox açıq şəkildə danışırıq. Rəqibdən və oyunun əhəmiyyətindən asılı olaraq fərqli yanaşma ola bilər. Komandama inanıram. Fikirlərimi məsuliyyət və diqqətlə qəbul edirlər. Amma hərdən bəzi məsələlərə göz yumuram. Mənim üçün önəmli olan onların meydandakı işidir".

O, "Gent"in baş məşqçisi Heyn Vanhazebruka qarşı oynamağın xoş olduğunu əlavə edib: "Özünəməxsus fəlsəfəsi var. Futbolda fərqli sistemlər var. Əsas olan onun icrasıdır. "Gent"in oyunlarını diqqətlə incələdikdə hər epizodda diqqətli oynadığını görürük. Bu komandanı analiz etmək asan, onlara qarşı oynamaq isə çətindir. Bizə verdiyi dəyərə görə Vanhazebruka təşəkkür edirəm".

Qurbanov deyib ki, Konfrans Liqasının finalında oynamaq ən böyük arzularından biridir: "Amma hər şeyə real baxmaq lazımdır. Həyatda kənardan baxıb fikir bildirməkdən asan heç nə yoxdur. İstənilən fikrə hörmətlə yanaşıram. Futbolçularımın nə qədər əziyyət çəkdiyini mən görmüşəm. Hərdən elə fikirlər olur ki, sanki rəqib mərhələ adlamaq istəmir, biz artıq növbəti raunda çıxmışıq. Düzdür, bunlar oyunçuların məsuliyyətini azaltmır, onları arxayınlaşdırmır. Sadəcə, qarşımızdakı komandaların kiçildilməsinə üzülürlər. Hər bir avrokubok matçı bizim üçün təcrübədir. Futbolçularım ilboyu bu stresi yaşayır, çətin oyunlara çıxırlar. Bu, oyunçunun sabit qalması üçün böyük köməkdir. Amma filan komandanı mütləq keçməliyik kimi bir şey yoxdur. Futbol düşündüyümüzdən dəfələrlə sürətli inkişaf edir. Bizim bu yeniliklərlə ayaqlaşmağımız çox çətin olur".

Qeyd edək ki, fevralın 23-də "Gelamko Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Paylaş

Xəbər lenti

Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR