
Ötən il Gürcüstanın 29 min nəfərə qədər vətəndaşı Aİ və Şengen zonasına üzv ölkələrdən sığınacaq üçün müraciət edib ki, bu da 2008-ci ildən indiyədək ən yüksək göstəricidir.
“AVESTA.AZ”un xəbərinə görə, bu göstəricilər Avropa İttifaqı Sığınacaq Agentliyinin (EUAA) hesabatında yer alıb.
Təşkilatın məlumatına görə, 2008-ci ildən ən çox müraciət edənlər arasında Gürcüstan vətəndaşları ilə yanaşı, türklər, venesuelalılar, kolumbiyalılar və banqladeşlilər də var.
Qeyd edək ki, 2021-ci ildə Gürcüstanın 14 970 vətəndaşı Aİ və Şengen zonasına üzv dövlətlərdən sığınacaq üçün müraciət edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.