26-02-2023, 21:00 631

Vyanada Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı aksiya keçirilib - YENİLƏNİB-4

Avstriyanın paytaxtı Vyana şəhərindəki məşhur Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı aksiya keçirilib.

Bu barədə "AVESTA.AZ"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Aksiyaya 31 ölkənin 74 şəhərindən gələn 1 000 nəfərdən çox soydaşımız, icma üzvləri, diaspor təşkilatlarının təmsilçiləri və ölkəmizə dost münasibəti bəsləyən xalqların nümayəndələri qatılıblar.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan aksiyada vətənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Soydaşlarımız, eləcə də onlara dəstək verən əcnəbilər Azərbaycanın və yaşadıqları ölkələrin bayraqlarını dalğalandırıb, Xocalı soyqırımının tanıdılmasını, eləcə də dünyadan ədalət gözləntilərini əks etdirən şüarlar yazılmış plakatlar nümayiş etdiriblər. 

İştirakçılar Xocalı soyqırımı ilə bağlı məlumatları, eyni zamanda Azərbaycan xalqının 31 ildir ədalət gözlədiyini ingilis, litov, serb, alman, italyan, fransız, yunan, polyak, ivrit, azərbaycan, gürcü, norveç, fin, ispan, türk dillərində diqqətə çatdırıb, bu dəhşətli hərbi cinayətə hüquqi-siyasi qiymətin verilməsini, günahkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab vermələrini tələb ediblər.

Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Xocalı soyqırımına həsr edilmiş sənədli filmin nümayiş olunduğu aksiyada soyqırım qurbanları klassik musiqi nömrələrinin səsləndirilməsi ilə xatırlanıb, yerli ictimaiyyətin marağına səbəb olan fləşmoblar keçirilib.

Diaspor nümayəndələrinin “Xocalı 613” yazısının ətrafına şamlar düzməsi soyqırım həqiqətlərinin inikasına çevrilib, ətrafdakılara xüsusi təsir bağışlayıb və yerli ictimaiyyətin böyük marağına səbəb olub.

Aksiya çərçivəsində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Xocalı soyqırımı ilə bağlı məlumatları əks etdirən kitab, buklet, broşür və materiallar şəhər ictimaiyyətinə paylanılıb.

Sonda aksiyanın bəyanatı ingilis və alman dillərində təqdim olunub.

Qeyd edək ki, aksiya iştirakçıları mitinqin gedişində Türkiyədəki dağıdıcı təbii fəlakətdən zərərçəkənlərə dəstək olmaq məqsədilə maddi yardım toplayıblar. Maddi yardım aksiyanın Təşkilat Komitəsi tərəfindən AFAD-ın hesabına köçürülüb.

Xatırladaq ki, xaricdəki Azərbaycan icmaları və diaspor təşkilatlarının Xocalı soyqırımı ilə bağlı kütləvi dinc aksiyaları bir neçə ildir ənənəvi xarakter alıb və bu, nüfuzlu beynəlxalq təşkilatların geniş məlumatlandırılmasına, nəticədə informasiyalı xarici çevrənin əhatə dairəsinin genişlənməsinə birbaşa təsir edir. Azərbaycan diasporunun 2019-cu ildə Brüsseldə keçirdiyi I Ümum-Avropa Qarabağ mitinqi, 2020-ci ildə Berlində Brandenburq qapıları qarşısındakı Paris meydanında keçirdiyi II Ümum-Avropa Qarabağ mitinqi və 2022-ci ildə Vaşinqtonda Kapitoli binasının qarşısında təşkil edilən Ümum-Amerika Xocalı mitinqi beynəlxalq ictimaiyyətin soyqırımla bağlı məlumatlandırılmasında xüsusi rol oynayıb.

19:20

Avstriyanın paytaxtı Vyana şəhərində Xocalı qurbanlarının xatirəsinə fləşmob keçirilib. 

"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, Xocalı qətliamının həqiqətlərinin dünyaya çatdırılması və ədalətin bərpa olunmasını tələb etmək üçün dünyanın 31 ölkəsindən, 74 şəhərindən Avstriyanın paytaxtında toplaşan soydaşlarımız Xocalı qurbanlarının xatirəsinə onların sayı qədər, yəni 613 şam yandırıb. 

Mitinq iştirakçıları dünyanın müxtəlif dillərində çıxış edərək beynəlxalq ictimaiyyəti Xocalıda azərbaycanlılara qarşı baş vermiş faciəyə, ermənilərin etnik təmizləmə siyasətinə göz yummamağa, faciəyə hüquqi qiymətin verilməsi, cinayətkarların cəzalandırılması üçün tədbirlər görməyə çağırıb və bəyanat yayıblar. 

Tədbir Xocalı faciəsinə həsr olunmuş bədii hissə ilə davam edib. Bədii hissədə Xocalı qurbanlarının xatirəsinə konsert verilib.

18:49

Ümum-Avropa Xocalı Aksiyasının iştirakçıları Xocalı soyqırımına beynəlxalq hüquqla qiymət verilməsi və tanınması üçün dünya ictimaiyyətinə bəyanat qəbul ediblər.

"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, bəyanatda həmvətənlərimiz beynəlxalq ictimaiyyəti Xocalıda azərbaycanlılara qarşı baş vermiş faciəyə, ermənilərin etnik təmizləmə siyasətinə göz yummamağa, faciəyə hüququ qiymətin verilməsi, cinayətkarların cəzalandırılması üçün tədbirlər görməyə çağırırlar.

Soydaşlarımız, həmçinin bugünədək tanımayan ölkələri Xocalı soyqırımını tanımağa çağırırlar. Bəyanat BMT-nin bütün dillərinə tərcümə olunaraq yerli qurumlara, beynəlxalq təşkilatlara göndəriləcək. 

18:22

Avstriyanın paytaxtı Vyana şəhərində Avropada yaşayan minə yaxın soydaşımız Xocalı faciəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq üçün mitinq keçirib.

"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, aksiyada 31 ölkənin 74 şəhərindən gələn min nəfərdən çox soydaşımız, icma üzvləri, diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər.

17:11

Avstriyanın paytaxtı Vyanada Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub. 

"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, Vyanada parlamentin qarşısına yığışan soydaşlarımız Xocalı faciəsinə dair film nümayiş etdiriblər.

Filmdə Xocalı faciəsinə dair həqiqətlər öz əksini tapıb. 

Qeyd edək ki, Avtriyanın paytaxtı Vyana şəhərində Xocalı qətliamına həsr olunmuş mitinq davam edir. Xocalı qətliamının həqiqətlərinin dünyaya çatdırılması və ədalətin bərpa olunmasını tələb etmək üçün dünyanın 31 ölkəsindən, 74 şəhərindən gələn soydaşlarımız  bu gün Avstriyanın paytaxtında toplaşıblar. Onlar dünyanın bütün dillərində, habelə polyak, italyan, frandız, alman və digər dillərdə dünya ictimaiyyətinə müraciət edərək o Xocalıya dair həqiqətləri çatdırırlar.

16:12

Avstriyanın paytaxtı Vyana şəhərində Avropada yaşayan minə yaxın soydaşımız Xocalı faciəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq üçün mitinq keçirir.

"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, Xocalı qətliamının həqiqətlərinin dünyaya çatdırılması və ədalətin bərpa olunmasını tələb etmək üçün dünyanın 31 ölkəsi, 74 şəhərindən gələn soydaşlarımız Avstriya paytaxtında toplaşıblar.

Fransanın Paris, Strasburq, Lion, İsveç, Finlandiya, İsveçrə, Macarıstan və digər ölkələrin müxtəlif şəhərlərindən gələn soydaşlarımız və dostları əllərində plakat və bayraqlarla Avstriya parlamentinin qarşısına yığışıblar.

Mitinq iştirakçıları beynəlxalq ictimaiyyəti Xocalıda azərbaycanlılara qarşı baş vermiş faciəyə, ermənilərin etnik təmizləmə siyasətinə göz yummamağa, faciəyə hüququ qiymətin verilməsi, cinayətkarların cəzalandırılması üçün tədbirlər görməyə çağırmaq üçün yığışıblar.

Etiraz aksiyasında iştirak etmək üçün soydaşlarımızın 31 ölkədən yığışması təsadüfi deyil. Bu Xocalı faciəsindən 31 il keçməsinin rəmzi mənasını daşıyır.

Həmvətənlərimiz mitinqin sonunda birgə bəyanat yayacaqlar. Xocalı qurbanlarının xatirəsinə 613 şam yandırılacaq.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR