
Ümum-Avropa Xocalı Aksiyasının iştirakçıları Xocalı soyqırımına beynəlxalq hüquqla qiymət verilməsi və tanınması üçün dünya ictimaiyyətinə bəyanat qəbul ediblər.
"Report"un yerli bürosu xəbər verir ki, bəyanatda həmvətənlərimiz beynəlxalq ictimaiyyəti Xocalıda azərbaycanlılara qarşı baş vermiş faciəyə, ermənilərin etnik təmizləmə siyasətinə göz yummamağa, faciəyə hüququ qiymətin verilməsi, cinayətkarların cəzalandırılması üçün tədbirlər görməyə çağırırlar.
Soydaşlarımız, həmçinin bugünədək tanımayan ölkələri Xocalı soyqırımını tanımağa çağırırlar. Bəyanat BMT-nin bütün dillərinə tərcümə olunaraq yerli qurumlara, beynəlxalq təşkilatlara göndəriləcək.
Avstriyanın paytaxtı Vyana şəhərində Avropada yaşayan minə yaxın soydaşımız Xocalı faciəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq üçün mitinq keçirib.
"Report"un yerli bürosu xəbər verir ki, aksiyada 31 ölkənin 74 şəhərindən gələn min nəfərdən çox soydaşımız, icma üzvləri, diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Avstriyanın paytaxtı Vyanada Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub.
"Report"un yerli bürosu xəbər verir ki, Vyanada parlamentin qarşısına yığışan soydaşlarımız Xocalı faciəsinə dair film nümayiş etdiriblər.
Filmdə Xocalı faciəsinə dair həqiqətlər öz əksini tapıb.
Qeyd edək ki, Avtriyanın paytaxtı Vyana şəhərində Xocalı qətliamına həsr olunmuş mitinq davam edir. Xocalı qətliamının həqiqətlərinin dünyaya çatdırılması və ədalətin bərpa olunmasını tələb etmək üçün dünyanın 31 ölkəsindən, 74 şəhərindən gələn soydaşlarımız bu gün Avstriyanın paytaxtında toplaşıblar. Onlar dünyanın bütün dillərində, habelə polyak, italyan, frandız, alman və digər dillərdə dünya ictimaiyyətinə müraciət edərək o Xocalıya dair həqiqətləri çatdırırlar.
Avstriyanın paytaxtı Vyana şəhərində Avropada yaşayan minə yaxın soydaşımız Xocalı faciəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq üçün mitinq keçirir.
"Report"un yerli bürosu xəbər verir ki, Xocalı qətliamının həqiqətlərinin dünyaya çatdırılması və ədalətin bərpa olunmasını tələb etmək üçün dünyanın 31 ölkəsi, 74 şəhərindən gələn soydaşlarımız Avstriya paytaxtında toplaşıblar.
Fransanın Paris, Strasburq, Lion, İsveç, Finlandiya, İsveçrə, Macarıstan və digər ölkələrin müxtəlif şəhərlərindən gələn soydaşlarımız və dostları əllərində plakat və bayraqlarla Avstriya parlamentinin qarşısına yığışıblar.
Mitinq iştirakçıları beynəlxalq ictimaiyyəti Xocalıda azərbaycanlılara qarşı baş vermiş faciəyə, ermənilərin etnik təmizləmə siyasətinə göz yummamağa, faciəyə hüququ qiymətin verilməsi, cinayətkarların cəzalandırılması üçün tədbirlər görməyə çağırmaq üçün yığışıblar.
Etiraz aksiyasında iştirak etmək üçün soydaşlarımızın 31 ölkədən yığışması təsadüfi deyil. Bu Xocalı faciəsindən 31 il keçməsinin rəmzi mənasını daşıyır.
Həmvətənlərimiz mitinqin sonunda birgə bəyanat yayacaqlar. Xocalı qurbanlarının xatirəsinə 613 şam yandırılacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.