
Airbus" təyyarəsi tullantı yağdan istifadə edərək üç saatlıq uçuş həyata keçirib.
"Airbus" şirkəti işlənmiş bitki yağından hazırlanan yanacaqla işləyən sərnişin təyyarəsini idarə etməyi bacarıb.
Şirkətin açıqlamasına görə, "Airbus A380" model sərnişin təyyarəsi Fransada uçuş-enmə zolağından qalxaraq üç saatlıq uçuşu tamamlayıb.
Şirkət xüsusi olaraq uçuş üçün istehsal edilən bu yanacağın daha çox işlənmiş yemək yağlarından və digər tullantı yağlardan hazırlandığını bildirib.
Şirkət rəsmiləri yanacağın "kartof fri qoxusu" olduğunu bildiriblər.
Firmaya görə, bu yolla sənayenin 2050-ci ilə qədər xalis sıfır karbon emissiyası hədəfinə çatmaq mümkün ola bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.