
Dünya bazarında neftin qiyməti bahalaşıb.
“AVESTA.AZ” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin may fyuçersləri 1,47 faiz bahalaşaraq 86 ABŞ dollarına satılıb.
“WTI” markalı neftin aprel fyuçerslərinin qiyməti də 2,16 faiz artaraq 1 bareli 79,85 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxmaq barədə yayılan məlumatın təkzib edilməsindən sonra “qara qızıl”ın qiymətinda yüksəlmə qeydə alınıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.