
Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.
İlk oyun günündə iki görüş keçirilib. Əvvəlcə "Şamaxı" öz meydanında "Səbail"i sınağa çəkib. Oyunda qapılara qol vurulmayıb.
Əsas diqqətlər isə günün ikinci matçına yönəlib. "Qarabağ" evdə "Sabah"ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə Ağdam təmsilçisi sona 3 tur qalmış ən yaxın izləyicisi "Neftçi"ni 12 xal qabaqlayıb. Bununla da Qurban Qurbanovun komandası çempionluğunu rəsmiləşdirib. Bu, "Qarabağ"ın 9-cu, Qurban Qurbanovun baş məşqçiliyi altında 8-ci çempionluğudur.
3 may (çərşənbə axşamı)
19:00.“Qarabağ” – “Sabah” - 1:1
Qollar: Kadi Borqes, 47 (1:0), Kristian Da Silva, 60 (1:1)
Qırmızı vərəqə: Patrik Andrade, 57 - ikinci sarı vərəqə ("Qarabağ")
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
“Azersun Arena”
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.