
II Qarabağ müharibəsi zamanı Ermənistanın Gəncə şəhərinə raket atması nəticəsində valideynlərini itirən Sevil Əliyeva evlilik yolunda ilk addım atıb.
O sevib-seçdiyi Talış adlı bəylə nişanlanıb. Sevilin nişan mərasimində ailə üzvləri və yaxınları iştirak ediblər.
Onun xoş gündən fotolar sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Sevil ötən il Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olub. O, hər iki valideynini 2020-ci il oktyabrın 11-də itirib.

© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.