
Türkiyənin Adana şəhərindəki gecə klublarından birində atışma olub.
Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, iki silahlı qruplaşma arasında baş verən silahlı insident zamanı 5 nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları, təcili yardım cəlb edilib. Yaralılar Seyhan Dövlət Xəstəxanasına və özəl tibb müəssisəsinə çatdırılıblar.
Hadisə yerində istifadə edilən 2 ədəd tapança maddi sübut kimi götürülüb. İnsidentlə əlaqədar bir neçə nəfər saxlanılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı təhqiqata başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.