
ARB-nin bu gün canlı yayımlanan “Xəbər-ətər” proqramında aparıcı Zümrüd Bədəlovanın sualı gündəm olub.
Milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi çərçivəsində təşkil olunan proqramın qonağı onun nəvəsi Anar Axundzadə olub.
Aparıcı Anar Axundzadəyə “Babanızı görmüsünüzmü” sualını ünvanlayıb. O isə təəccübünü gizlədə bilməyib və “Babam 37-ci ildə güllələnib” deyib.
Aparıcının məlumatsızlığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.