
Macarıstanda 5 yük və 37 minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
Bu barədə “AVESTA.AZ” Macarıstan polisinin nə istinadən xəbər verir.
Qeyd olunub ki, ölkənin paytaxtı Budapeşt şəhəri yaxınlığındakı “M1” adlı magistral yolda 42 avtomobil toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində 19 avtomobil yanıb. Zəncirvari qəzada 36 nəfər yaralanıb, 13-nün xəsarəti ağırdır.
Qəzadan sonra polis magistral yolu hər iki istiqamətdə bağlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.