
Göygöldə 54 yaşlı kişi yol qəzasında ölüb.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, rayonun Hacıməlik qəsəbəsində qeydə alınmış yol-nəqliyyat hadisəsi zamanı, 1969-cu il təvəllüdlü Telman Hüseynov ağır xəsarət alıb.
O, xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub.
Hadisənin təfərrüatları məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.