29-03-2023, 13:43 572

Azərbaycan və İsrail XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb

Xarici İşlər Nazirliyi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsrailin xarici işlər naziri Eli Kohenin görüşündə müzakirə olunan məsələləri açıqlayıb.

Nazirlikdən "Report"a bildirilib ki, görüş zamanı Azərbaycanla İsrail arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət, o cümlədən energetika, təhsil, yüksək texnologiyalar, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Azərbaycan ilə İsrail arasında tarixi dostluğa, əməkdaşlığa söykənən əlaqələrin mövcud olduğunu qeyd edən nazir Ceyhun Bayramov iki ölkə arasında intensiv qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafına müsbət təkan verdiyini bildirib. Bu ilin yanvarında Bakıda keçirilən Xarici İşlər nazirliklərimiz arasında illik Strateji Dialoqla yanaşı, İsrailin Avrasiya ölkələrindəki səfirlərinin İsrail Xarici İşlər Nazirliyinin mərkəzi aparatının yüksək vəzifəli məmurlarının iştirakı ilə Bakıda xidməti müşavirəsinin keçirilməsinin möhkəm dostluq və tərəfdaşlığımızın göstəricisi olduğunu bildirib. Azərbaycanın İsraildə səfirliyinin açılmasının strateji müttəfiqlik əlaqələrinin gücləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Görüşdə C.Bayramov həmkarını bölgədə post-münaqişə dövründə ölkəmizin sülh, təhlükəsizlik və əməkdaşlığın qurulması istiqamətində təşəbbüsləri barədə məlumatlandırıb. Bu səylərə baxmayaraq, Ermənistanın davamlı təxribatlar törətdiyi və prosesə xələl gətirdiyini deyib. Həmçinin, nazir işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib, İsrail şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla qeyd edib.

İsrailin xarici işlər naziri Eli Kohen ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu söyləyib.

Tərəflər strateji xarakter daşıyan ikitərəfli münasibətlərin bütün spektrləri, habelə beynəlxalq və regional məsələlər üzrə müxtəlif səviyyələrdə siyasi dialoqun bundan sonra da fəal surətdə inkişaf etdirilməsinə hazır olduqlarını ifadə ediblər.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Daha sonra, nazirlər mətbuat konfransında bəyanatla çıxış ediblər.

Paylaş

Xəbər lenti

Əhaliyə XƏBƏRDARLIQ - Bu günlərdə telefonla DANIŞMAYIN Bu gün, 12:48 Dünənki oyundan sonra nazirdən "Neftçi" ilə bağlı maraqlı PAYLAŞIM Bu gün, 12:48 General Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI Bu gün, 12:48 Bakı Kənar Dairəvi yolunda avtomobil YANDI, sıxlıq yarandı Bu gün, 12:48 Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini ilə görüşüb Bu gün, 12:48 İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib Bu gün, 12:48 Sabah Bakıda 24 dərəcə İSTİ OLACAQ Bu gün, 12:48 Elçin Əmirbəyov: TDT qarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirilməsi üçün mühüm platformaya çevrilir Bu gün, 12:48 "Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO Bu gün, 11:48 Tramp: Razılaşma uğursuz olsa, İran yenidən bombalana bilər Bu gün, 11:48 XİN: Başlıbel faciəsi insanlıq əleyhinə cinayət olaraq unudulmamalıdır Bu gün, 11:48 İran hava məkanını qismən açdı Bu gün, 11:48 Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq Bu gün, 11:48 Avropa çempionatı: Südabə Ağayeva ikinci qələbəsini qazanıb Bu gün, 11:48 ADY Şimal-Cənub dəhlizində irimiqyaslı moderinləşdirilmə layihəsinə başlayır Bu gün, 11:48 Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi Şövkət Məmmədovanın doğum günüdür Bu gün, 10:48 Ulduzlar xəbərdarlıq edir: Bu bürclər böyük səhv edə bilər Bu gün, 10:48 Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib Bu gün, 10:48 FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib Bu gün, 10:48 FAO və ADB-nin dəstəyi ilə Azərbaycanda I Beynəlxalq GreenEco forumu keçiriləcək Bu gün, 10:48 Yola çıxanların NƏZƏRİNƏ Bu gün, 10:48 Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər Bu gün, 09:48 Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb Bu gün, 09:48 Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər Bu gün, 09:48 "Subaylar daha çox yoluxurlar" - Ağır xəstəliyin səbəbi barədə xəbər hamını şoka saldı Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 10 %-ə yaxın azalıb Bu gün, 09:48 Avropa çempionatı: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır Bu gün, 09:48 Bu gün Tarixi Abidələrin Mühafizəsi Günüdür Bu gün, 09:48 Premyer Liqa: "Şamaxı" "Karvan-Yevlax"la, "Qarabağ" "Sabah"la üz-üzə gələcək Bu gün, 09:48 Azərbaycanda alça bağlarında DƏHŞƏTLİ xəstəlik yayıldı Bu gün, 00:48 SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar müəyyənləşdirib Bu gün, 00:48 Başlıbel qətliamından 33 il ötür Bu gün, 00:48 Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib Dünən, 23:48 "Haber Global" İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında görüşün təfərrüatını açıqlayıb Dünən, 23:48 Odlar ölkəsinin fəxri: Rafael Ağayev Dünən, 23:48 Münaqişənin kəskinləşməsindən bəri Hörmüz boğazından ilk sərnişin gəmisi keçdi Dünən, 23:48 Polkovnik-leytenantın oğlunu qətlə yetirən şəxsə HÖKM OXUNDU Dünən, 23:48 Tramp İranla razılaşmanın yaxın iki gündə bağlanacağını güman edir Dünən, 22:48 Rəsmi İrəvan: Ermənistan Aİ-yə inteqrasiyanın "yol xəritəsi"ni həyata keçirir Dünən, 22:48 ABŞ uran müqabilində İranla 20 milyard dollarlıq saziş bağlamaq niyyətindədir Dünən, 22:48 Kartla ödəniş edənlərə pis xəbər: Keşbek dövrü bitir? Dünən, 22:48 Hikmət Hacıyev: "Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib" Dünən, 21:48 Soheyl Mahmud: Azərbaycan "D-8"in strateji baxışına əhəmiyyətli töhfə verməkdə qətiyyətlidir Dünən, 21:48 Tramp: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb Dünən, 21:48 Son bir həftədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 min manatdan çox ziyan dəyib - RƏSMİ Dünən, 21:48 Kostanyan: "Ermənistan Azərbaycan və Mərkəzi Asiyadan tədarüklər üçün enerji habı olmaq istəyir" Dünən, 21:48 Kostanyan: "Bakı və İrəvan arasında qarşılıqlı ixrac üzrə ilkin razılaşmalar əldə olunub" Dünən, 21:48 İran Hörmüzdən hansı gəmilərin və necə keçə biləcəyini AÇIQLADI Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR