30-03-2023, 11:46 520

Hacı Əliyev: “Baş məşqçi dəyişikliyi milli komanda üçün çox uğurlu olacaq” – MÜSAHİBƏ

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev beynəlxalq karyerasına 2007-ci ildə başlayıb.

32 yaşlı idmançı həmin il yeniyetmələrin Dağıstanda təşkil olunmuş turnirində qızıl medala sahib çıxıb.

2016-cı ildə Rio olimpiadasında bürünc, 2021-ci ildə Tokiodakı analoji yarışda gümüş medal əldə edən pəhləvan 3 dəfə Avropa, eyni sayda dünya çempionu olub.

Hacı Əliyev 17-23 apreldə Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunacaq Avropa çempionatı, yığmadakı baş məşqçi dəyişikliyi və digər məsələlər barədə "AVESTA.AZ"un suallarını cavablandırıb.

- İlk olaraq Avropa çempionatı ilə bağlı danışmağınızı istərdik. Yarışa hazırlıqlar necə gedir?
- İlin əvvəlindən bir neçə dəfə təlim-məşq toplanışlarında olmuşuq. Bakıda, daha sonra Mahaçqalada hazırlıq prosesi keçdik. İndi isə yenidən paytaxtda məşqlərimiz davam edir. Turnirə çox yaxşı hazırlaşırıq. İnanıram ki, çəkdiyimiz bu əziyyətlər hədər getməyəcək.

- Qitə çempionatı öncəsi baş məşqçi Namiq Abdullayev postunu tərk etdi və onu Xetaq Qazyumov əvəzlədi. Bu amil komandaya təsir edə bilərmi?
- Biz məşqçilərin dəyişəcəyindən yeni ildən xəbərdar idik. Gözləntilərimiz var idi. Amma dəyişikliyin tam olaraq nə vaxt gerçəkləşəcəyini bilmirdik. Mənə elə gəlir ki, bunun komandaya təsiri olmayacaq. Çünki uşaqlar hər zaman mütəxəssislərin nəzarəti altında olublar. Namiq Abdullayevin vaxtında artıq Dağıstanda təlim-məşq toplanışında idik və hazırlıqlarımızı davam etdirirdik. Baş məşqçinin dəyişməsi bizim üçün böyük boşluq olmadı.

- Ümumiyyətlə, baş məşqçi dəyişikliyini necə qarşıladınız?
- Bu barədə mənə vaxtaşırı suallar verirlər. Çünki son zamanlar məşqçi heyətimiz tez-tez dəyişir. Bütün baş məşqçilərin çalışdığı dönəmdə yaxşı nəticə vermişəm. İstər Firdovsi Umudovun, istər Saypulla Absaidovun, istər Semyon Çterevin, istərsə də Namiq Abdullayevin rəhbərliyi altında nailiyyətlər qazanmışam. Dəyişikliyi normal qarşılayıram. Bu, tək mənim deyil, federasiyamızın və qurumun prezidentinin qərarıdır. Məncə, bu, milli komandamız üçün çox uğurlu olacaq.

- Xetaq Qazyumovun rəhbərliyi altında ilkin hazırlıqlar necə gedir? Daha əvvəldən ünsiyyətiniz davam edirdimi?
- Artıq iki həftədir ki, toplanışa başlamışıq. Çox gözəl məşqlər gedir. Xetaq Qazyumovun ilk tapşırıqlarından biri idmançının təlim-tərbiyəsi və vaxtında hər şeyə nəzarət etməsidir. Bu, mənə xoş gəlir. Çünki komandamızda gənc idmançılar çoxluq təşkil edir. Ən yaşlıları mənəm. Düşünürəm ki, bu tapşırıq yaxşıdır və idmançının təlim-tərbiyəsi hər şeydən önəmlidir. Onun məşqləri də hər birimizə xoş gəlir. Daha əvvəldən də ünsiyyətimiz olub. Uzun illərdir yığmadayam və onunla eyni dövrdə güləşmişəm. Bəzən təlim-məşq toplanışlarında da bir otaqda qalmışıq. Qazyumov karyerasını bitirəndən sonra da əlaqə saxlayırdıq.

Hacı Əliyev
Hacı Əliyev

- Reytinq turnirindən sonra ilin ilk ciddi sınağı Avropa çempionatı olacaq. Hansı nəticəyə ümid edirsiniz?
- Məncə, yaxşı çıxış edəcəyik. Çünki güləşçilərimiz düzgün məşqlər edirlər. Avropa çempionatı bizim üçün uğurlu olmalıdır. Xorvatiyanın paytaxtı Zaqrebdəki reytinq turnirində də komanda olaraq yaxşı nəticə göstərdik.

- Son olaraq 4 il əvvəl bu titula sahib çıxmısınız. Yenidən Avropa çempionu olmaq kimi hədəfiniz varmı?
- Ötən il finaladək irəliləsəm də, məğlub olmuşdum. Hədəfim 4-cü dəfə Avropa çempionu olmaqdır. Bildiyiniz kimi, güləş tariximizdə bu qədər qitə çempionu olan yoxdur. Onu da qeyd etmək istəyirəm ki, bu yarışa 65 yox, 70 kq-da qatılacağam. Çünki bu il dünya çempionatı da keçiriləcək. Mənim üçün əsas hədəf bu turnir olmalıdır. Orada artıq Yay Olimpiya Oyunlarına lisenziya əldə edə bilərəm. Bu səbəbdən məşqçilərlə məsləhətləşmədən sonra 70 kq-da çıxış etməyi qərara aldım. Ümid edirəm ki, bu çəkidə də uğur qazanacağam.

- Sizcə, Rusiya idmançılarının bu yarışdan da kənarda qalmaları komandanıza əlavə üstünlük gətirirmi?
- Rusiya idmançıları güləşdə ən yaxşılardan hesab olunurlar. Sözsüz ki, onların olmaması bizə böyük üstünlük verir. Rusiya güləşçiləri hər zaman gözəl nəticələr əldə ediblər.

- Necə düşünürsüz, onlar yarışlara buraxılmalıdırlarmı?
- İdmanı siyasətə qatmaq olmaz. Bu, tamam fərqli sahədir. Rusiya idmançıları da bizim kimi illər ərzində əziyyət çəkib hazırlaşırlar. Hansısa idmançının yarışdan kənarda qalmasını istəməzdim. Özüm bu əziyyətləri çəkmişəm və indi də çəkirəm. İdmançının işi çox çətindir, nəticə qazanmaq üçün çox şeylərdən keçirik. Onların yarışlara buraxılmaması bizim üçün əlverişli olur, amma Rusiya millisində mənim bir neçə yaxın dostum da var. İstəməzdim ki, onlar kənarda qalsınlar. Bunlardan biri də olimpiya çempionu Abdulrəşid Sadullayevdir. O, mənim ən yaxın dostlarımdan biridir. İstər Sadullayev, istərsə də digərlərinin kənarda qalmalarını istəməzdim. Əziyyət çəkirlər, bunun bəhrəsini görmələrini istəyirəm.

- Yunan-Roma güləşinə nisbətdə sərbəst güləşdə təcrübəli idmançıların azlığı sizdə təzyiq yaradırmı? Məsələn, sanki sərbəst güləşdə yalnız Hacı Əliyevdən böyük nəticələr gözləyirlər...
- Sərbəstə baxanda yunan-Roma güləşçiləri daha təcrübəlidirlər. Çünki komandalarında Eldəniz Əzizli, Taleh Məmmədov, Rafiq Hüseynov və digər idmançılar var. Bu da sözsüz ki, komandanın güclü olmasına gətirib çıxarıb. Gənclər də bu güləşçilərdən bəhrələnirlər. Bu da yığmaya əlavə üstünlük verir. Komandada Həsrət Cəfərov kimi gənc və güclü idmançı da var. Heyətdə yaşlı idmançının olması onun kimi gənclər üçün böyük stimuldur. Bizdə isə çoxu gənclərdir. Ən yaşlısı, təcrübəlisi mənəm. Amma məşqçilər tək məndən yox, bütün güləşçilərdən nəticə gözləyirlər. Gənc olmalarına baxmayaraq, çox yaxşı güləşçilərimiz var. Düşünürəm ki, bütün komandadan nəticə ummaq lazımdır.

- Bəs siz özünüz komandanın lideri kimi, Avropa çempionatında digər güləşçilərdən kimlərə ümid bəsləyirsiniz və çempion ola biləcəyini düşünürsünüz?
- Əliabbas Rzazadənin (57 kq) Avropa çempionu olacağına inanıram. Ötən il finalçı oldu və gümüş medal əldə etdi. Onu artıq qızıla çevirə bilər. 65 kq-da Əli Rəhimzadə, 74 kq-da Cəbrayıl Hacıyev də yaxşı güləşçilərdən hesab edilirlər. 86 kq-da Abubakr Abakarov, 92 kq-da Osman Nurməhəmmədov və Maqomedxan Maqomedov (97 kq) yaxşı güləşçilərdir. Ən çox 96, 92 və 57 kq-dakı idmançılarımızın çempion olacağına ümid edirəm. Onlardan qızıl medal gözləyə bilərik.

Paylaş

Xəbər lenti

Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR