31-03-2023, 14:55 626

Qubada azərbaycanlıların soyqırımı ilə bağlı konfrans keçirilib, bəyanat qəbul olunub - YENİLƏNİB

Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçirilən “Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda konfrans başa çatıb.

"Report"un Şimal bürosunun məlumatına görə, tədbirdə ombudsman Səbinə Əliyeva, Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli, deputatlar Vahid Əhmədov, Hikmət Babaoğlu və başqaları çıxış ediblər. 

Səbinə Əliyeva vurğulayıb ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlərə, habelə terror və soyqırımı aktlarına dair kifayət qədər əsaslı sübut və dəlillər olsa da, Azərbaycana münasibətdə nümayiş etdirilən ikili standartlar səbəbindən sülh və insanlıq əleyhinə olan bu cinayətlərə beynəlxalq miqyasda hələ də adekvat reaksiya verilməyib:

"Bir daha beynəlxalq təşkilatları ikili standartlara yol vermədən, azərbaycanlılara qarşı törədilmiş bu ağır cinayətlərə münasibətdə beynəlxalq hüquq normaları əsasında qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə, soyqırımı aktını tanımağa çağırıram".

Əvəz Ələkbərli isə bildirib ki, ermənilər zaman-zaman azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçiriblər. O söyləyib ki, nəticədə soydaşlarımız dədə-baba yurdlarından didərgin salınıblar: “İndiki Ermənistan qədim Azərbaycan torpaqlarında yaradılıb. Qərbi Azərbaycan torpaqları bizim tarixi torpaqlarmızdır. O torpaqlara iddia etmək üçün bizim hamımızın mənəvi haqqımız var

İcma sədri qeyd edib ki, ermənilər 1948-1953, 1987-1991-ci illərdə azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçiriblər, soydaşlarımız yurdlarından deportasiya olunublar: “Qərbi Azərbaycan ərazisində etnik təmizləmələraparılıb, soydaşlarımızı tarixi torpaqlarından qovublar. Ermənilər 200 il ərzində yeritdikləri bu siyasəti sonuncu deportasiya zamanı başa çatdırıblar”. 

Hikmət Babaoğlu deyib ki, beynəlxalq ictimaiyyət ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımına hüquqi və siyasi qiymət verməyib. Bu da dərin təəssüf doğurur.

Onun sözlərinə görə, Azərbaycan xalqı və dövləti inkişaf mərhələsində çox ağır məşəqqətlərdən keçib: “1918-ci ilin martın 30-dan aprelin 4-dək ölkəmizin bütün ərazisində və bugünkü Azərbaycanın sərhədlərindən kənarda etnik azərbaycanlıların yaşadığı ərazilərdə ermənilər tərəfindən soyqırımı törədilib. Təəssüf ki, buna hüquqi, siyasi qiymət verilməyib. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaratmışdı. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti uzun yaşamadığına görə bu məsələ yarımçıq və problem olaraq qaldı”.

Deputat xatırladıb ki, yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib: “Bununla da biz tariximizin acı səhifələrini öyrənməyə və öyrətməyə başladıq. Azərbaycanlılara qarşı törədilən soyqırımı Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə edib. Qubada yaşayanlar da milli, etnik tərkibindən asılı olmayaraq erməni soyqırımına məruz qalıblar”.

Tədbirə həmçinin Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu rəhbərinin müavini Nimet Özkaya Sevimin və Türkiyənin Nəcməddin Ərbakan Universitetinin dosenti Yusuf Sayın videokonfrans formatında qoşulublar.

Konfransın sonunda bəyanat qəbul olunub. 
 

12:07

Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda konfrans başlayıb.

"Report"un Şimal bürosunun xəbərinə görə, toplantı Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının, Qərbi Azərbaycan İcmasının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.

Ombudsman Səbinə Əliyeva, Milli Məclisin deputatları Vahid Əhmədov, Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və digər rəsmi şəxslərin iştirak etdiyi konfrans Qubadakı Heydər Əliyev Mərkəzində təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Quba şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər.

Sonra Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunub, soyqırımı qurbanlarının xatirəsi anılıb.

Konfransa videokonfrans vasitəsilə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu rəhbərinin müavini Nimet Özkaya Sevim və Nəcməddin Ərbakan Universitetinin dosenti Yusuf Sayın da qoşulacaq.

Paylaş

Xəbər lenti

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR