
Tərtər rayonunun azad olunmuş ərazisində minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu Qəbələdə dəfn olunub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, dəfn mərasimindən əvvəl hərbi qulluqçunun doğulduğu Nohurqışlaq kəndində onunla vida mərasimi keçirilib.
Daha sonra 19 yaşlı Novruz Niftaliyev Nohurqışlaq kənd qəbiristanlığında torpağa tapşırılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.