
Braziliyanın cənubundakı Blyumenau şəhərində bir nəfər balta ilə uşaq bağçasına hücum edib.
Bu barədə “AVESTA.AZ” “CNN”ə istinadən xəbər verir.
Kişinin hücumu nəticəsində 5-7 yaş arası 4 uşaq həlak olub, daha 4 uşaq yaralanıb. Qeyd olunub ki, 25 yaşlı hücumçu yerli polis tərəfindən saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, həmin şəxs hasardan tullanaraq uşaq meydançasına daxil olub.
Müəllimlər uşaqları qorumaq üçün çölə çıxıblar, bundan sonra hücum edən şəxs qaçıb, daha sonra isə özü polisə təslim olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.