9-04-2023, 16:17 856

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 30 yaşınadək olan vətəndaşlar aprelin 10-dan 24-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

“Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər müvafiq ixtisaslar üzrə kursa qəbul edilir.
“Ehtiyat zabit hazırlığı kursu”nu müvəffəqiyyətlə başa vuran kursantlara "leytenant" hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.

Kursa qəbul olunmaq istəyən namizədlər AO TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;

- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

- ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd;

- xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surətilə yanaşı, həmin sənədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;

- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd;

- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 1 ədəd;

- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda) - 1 ədəd;

- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 1 ədəd;

- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);

- psixiatrik, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;

- qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;

- qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayış;

- hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) - 1 ədəd.
Qeyd: Məhkumluğu olan hərbi vəzifəlilərin “Ehtiyat zabit hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).

Telefon: (012) 538-35-70.

Müraciət etmə vaxtı: 2023-cü il aprelin 10-dan 24-dək hər gün saat 09:00-dan 17:00-dək.

Paylaş

Xəbər lenti

İlin son Ay tutulması başlayıb Bu gün, 08:48 Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq Bu gün, 08:48 "Səs-küydən otura bilmirik" - Avropa Azərbaycan Məktəbindən NARAZILIQ Bu gün, 08:48 "Qanun" nəşriyyatının tərcüməçisi müəmmalı şəkildə ölüb - Ailəsindən AÇIQLAMA Bu gün, 08:48 Sumqayıtda BMW üç avtomobilə çırpılaraq aşıb, xəsarət alanlar var Bu gün, 08:48 "Deməli, istədiyi sürətlə sürə bilər" - Salyanda yol niyə sakinlərin kabusuna çevrilib? Bu gün, 00:48 "Qarabağ"ı məğlub edən "Tvente"nin baş məşqçisi: "Rəqibi bütün həftə analiz etdik" Bu gün, 00:48 "Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı Dünən, 23:48 Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır Dünən, 23:48 UEFA Konfrans Liqası: Mahir Emreli "Rakuv"da növbəti qolunu vurub Dünən, 23:48 Səmərqəndin simvolu mediaforum iştirakçılarına təqdim olunub Dünən, 23:48 Qurban Qurbanov məğlubiyyətdən danışdı: "Hücum xəttimizdə çatışmazlıqlar var idi" Dünən, 23:48 Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib Dünən, 22:48 UEFA Konfrans Liqası: "Tvente" əlavə vaxtda "Qarabağ"ı məyus etdi Dünən, 22:48 Mehdiabad sakinlərinin işıq problemi: Kabel niyə yanır? Dünən, 22:48 Serbiyada "Balkan Boxing 11"də Azərbaycanı Rəhim Əliyev təmsil edəcək Dünən, 22:48 Aleksey İsayev: "15 dəqiqə ərzində dünya iki dəfə dayandı" Dünən, 22:48 Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev qitə yarışının ən yaxşı kişi idmançısı seçilib Dünən, 21:49 UEFA Çempionlar Liqası: "Sabah"ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub Dünən, 21:49 Azərbaycan pambıq parça istehsalını 5 %-dən çox artırıb Dünən, 21:49 Oyan Nəzəriani: "Qadınlardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionu oldu" Dünən, 21:48 UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente" ilə oyunda hesabı açdı Dünən, 21:48 Möhsün Rezai Qətərin Baş naziri ilə görüşdə ABŞ-ni hədələyib Dünən, 21:48 "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU Dünən, 21:48 Hövsanda açıq ərazidə yanğın baş verib Dünən, 20:48 Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olunub Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu başladı Dünən, 20:48 İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib Dünən, 20:48 Yeni təmayül tədris modelli məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edilib Dünən, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə üz-üzə gələcək Dünən, 20:48 İsveç HHM-in gücləndirilməsi üçün Ukraynaya növbəti yardım paketi ayıracaq Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" matçının start heyətləri AÇIQLANDI Dünən, 19:48 Azərbaycan investisiyalarının Tacikistana cəlb edilməsi müzakirə edilib Dünən, 19:48 Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub Dünən, 19:48 Pezeşkian: İran beynəlxalq arenada sülhsevər yanaşmaya malikdir Dünən, 19:48 Suriya və Səudiyyə Ərəbistanı birgə bank yaradacaq Dünən, 19:48 Marianxeles Belluşi Mehriban Əliyevanı təbrik edib Dünən, 19:48 Göygöldə örüş sahələri qanunsuz zəbt edilib? - İcra hakimiyyətindən REAKSİYA Dünən, 19:48 Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? Dünən, 18:48 44 yaşlı Dima Bilan baba oldu Dünən, 18:48 Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrası haqqında danışıb Dünən, 18:48 Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib Dünən, 18:48 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur Dünən, 18:48 Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq Dünən, 18:48 Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub Dünən, 18:48 Elxan Şirinov: "Səsin və bədən quruluşun bunu dəstəkləyirsə oxuya bilərsən" Dünən, 17:48 Sabah ilin son tutulması olacaq Dünən, 17:48 Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR