11-04-2023, 18:46 491

Paşinyanın sərsəm açıqlamaları, gözlənilən erməni təxribatı - vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır - ŞƏRH

Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Rəsmi məlumata görə, qarşı tərəfin təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Erməni tərəfindən də ciddi itkilər olub. Ermənistan KİV-in məlumatına görə, onların azı 3 hərbçisi ölüb. Ermənistanın xüsusi ordu korpusunun komandiri Armen Gözəlyan isə yaralanıb. Onun durumu ağırdır.

Nikol Paşinyan
Nikol Paşinyan

Ümumiyyətlə, son zamanlar Ermənistan təxribatlarına ara vermir. Belə ki, Ermənistan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan yenidən sərsəm bəyanatlar səsləndirməyə başlayıblar. Onlar Azərbaycanı ittiham etməyə çalışırlar. Şübhəsiz ki, bu səylər absurddur. Çünki faktiki olaraq sülh gündəliyindən yayınan məhz rəsmi İrəvandır. Əslində, onların provokativ açıqlamaları yeni təxribatların və insidentlərin qaçılmaz olacağını göstərirdi.

Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan sülh gündəliyi ilə çıxış edərək qarşı tərəfə sülh müqaviləsi imzalamağı təklif etdi. Bu, tarixdə az görülmüş hal olmaqla yanaşı, eyni zamanda bizim humanistliyimizin göstəricisidir. Rəsmi İrəvan isə 44 günlük müharibənin üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bu humanistliyi qiymətləndirmir.

Ermənistan hərbi-siyasi hakimiyyəti bütün imkanları ilə vaxtı uzatmağa çalışır. Baş nazir Nikol Paşinyan və onun komandası regional reallığın dəyişəcəyinə ümid edir, hansısa “çətirlərinə” ümid bəsləyir. Amma bu, tamamilə absurddur. Çünki Vətən müharibəsindəki qələbədən sonra Cənubi Qafqazda yeni reallıqları diktə edən siyasi aktor məhz rəsmi Bakıdır.

Son zamanlar Ermənistan hakimiyyəti ritorikasını sərtləşdirib, irəli sürülən bütün təşəbbüsləri bloklama yolunu tutub, Azərbaycana qarşı əsassız iddialarla çıxışlarını artırıb. Görünür, Avropa İttifaqının missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini cəsarətləndirib. Ermənistanın siyasi və hərbi rəhbərliyi daha iddialı bəyanatlar verməyə başlayıb. Onlar hesab edirlər ki, Aİ missiyasının bu ölkədə olması öz iddialarını gerçəkləşdirmək üçün zəmin yaradıb.

Təsadüfi deyil ki, indi də ermənilər KTMT missiyasını Ermənistana cəlb etməyə çalışırlar. Əslində bu cür səylər başa düşüləndir. Çünki İrəvan məhz kiminsə “çətiri altında” gizlənərək öz sabotaj cəhdlərini davam etdirə bilər.

Ermənistan hərbi-siyasi hakimiyyətinin hazırkı ritorikası təxminən “ac toyuq yuxusunda darı görür” atalar misalını xatırladır. Amma Paşinyan və onun komandasının tarixi təcrübədən dərs çıxarması daha faydalıdır. Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı, Cıdır düzündə yallı olmasının nəticələri hər kəsə, o cümlədən də beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Rəsmi İrəvan bunu unutmamalıdır. Odur ki, əminliklə deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Ermənistan növbəti təxribatına və cinayətinə görə mütləq cavab verəcək: Azərbaycan Ordusu təxribatları Ermənistana bağışlamaz.

P.S. Son məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir, qarşı tərəf xeyli sayda itki verib, vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır.

Paylaş

Xəbər lenti

"Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı Bu gün, 15:48 Borcu olduğu adamın velosipedini oğurlayıb satıb, borcunu qaytaran şəxs saxlanılıb Bu gün, 15:48 Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib Bu gün, 15:48 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi Bu gün, 15:48 Mahsun Kırmızıgül: "Bəziləri atalarının ölümünü gözləyir ki, miras alsın" Bu gün, 15:48 Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR