
Avstriya əsilli amerikalı kinoaktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger cümə günü Los-Ancelesdə avtomobil qəzasına düşüb.
Avesta xəbər verir ki, Şvartsenegger “GMC Yukon” avtomobili ilə evindən bir neçə kilometr aralıda “Toyota Prius” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində aktyor xəsarət almayıb, “Toyota Prius”da olan qadın isə kəllə-beyin travması alıb və xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri və günahkarları barədə hələlik məlumat verilmir.



© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.