
Moldova Tatarıstan rəhbəri Rüstəm Minnixanovun ölkəyə buraxılmaması ilə bağlı insidentdən sonra Rusiya səfirliyinin əməkdaşını “persona non-qrata” elan edərək ölkədən çıxarıb.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin mətbuat katibi Filip Kojokaru bildirib.
“Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşının ölkəmiz ərazisində “persona non-qrata” elan edilməsi qərara alınıb. Səfirliyin daha iki əməkdaşının hava limanına xüsusi buraxılışı qadağan edilib”, - o deyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.