21-04-2023, 16:13 558

Şəxsi hesablardan məlumatların oğurlanmasının səbəbləri açıqlanıb - ÇIXIŞ YOLLARI

Rəqəmsal texnologiyalara və internetə artan etibar bizneslər, hökumətlər və fərdlər üçün yeni imkanlar yaradır. Bununla paralel olaraq kibercinayətkarlar üçün zəifliklərdən istifadə etmək və təhdidlər yaratmaq üçün yeni yollar açılır. Məhz buna görə də kibertəhlükəsizlik sahəsində maarifləndirməyə, həmçinin kiberhücumlardan qorunmaq üçün ən müasir texnologiyalara və infrastruktur təminatına proaktiv yanaşmaya ehtiyac duyulur.

İstər fiziki, istərsə də hüquqi və vəzifəli şəxslər kiberhücumun müxtəlif formaları ilə ən az bir dəfə də olsa rastlaşırlar. Bu bəzi hallarda, xüsusi ziyan vurmasa da, bir çox hallarda edilən kiberhücumlar birbaşa şəxsin və ya şirkətin hesablarını sıradan çıxarır və hücumun ardında özü ilə külli miqdarda zərərin ortaya çıxmasına gətirib çıxarır.

Son günlərdə Azərbaycan vətəndaşlarına təqdim olunan rəqəmsal hökumət həllərindən istifadə zamanı məlumatlarının qorunması, kiberhücum hallarının qarşısı alınması məsələləri ilə bağlı müxtəlif mülahizələr irəli sürülür.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Şahmar Hacıyahyayev “AVESTA.AZ”a açıqlamasında bildirib ki, Azərbaycanın “myGov” və “eGov” portallarının kibertəhlükəsizlik infrastrukturu dünya standartlarına əsasən qurulub:

“Xidmətlər davamlı olaraq təhlükəsizlik testlərindən keçirilir. Portal istifadəçilərin məlumatlarının məxfiliyi yüksək səviyyədə qorunur. Ancaq, heç bir sistem kibertəhlükə təhdidlərindən 100 %-lik sığortalanmır. Burada potensial hücumlardan qorunmaq üçün ən son təhlükəsizlik standartlarını tətbiq etməklə yanaşı, həmçinin istifadəçilərin davranışları da çox önəmlidir".

O, hesab edir ki, kiberhücum zamanı vətəndaşlar real təhlükədən qaynaqlanan riskləri bir neçə yolla aşağı səviyyəyə endirə bilərlər: "Onlayn mühitdə ehtiyatlı davranmalı, tanımadıqları şəxslərdən gələn linkləri və faylları açmamalı və kiberhücum barədə müvafiq dövlət qurumlarına məlumat verilməlidir. Kiberhücuma məruz qalmamaq üçün istifadəçilər şifrələrinin mürəkkəbliyinə, lazımi uzunluqda, hərflərin, rəqəmlərin və simvolların kombinasiyasından ibarət olmasına diqqət yetirməli və eyni zamanda şifrələrini düzgün şəkildə saxlamalıdırlar. Sosial şəbəkələrdə, elektron poçt vasitəsilə və ya digər onlayn platformalarda fərdi məlumatlarının paylaşılması yolverilməzdir. Bu kimi məlumatlar kiberhücumçuların əsas hədəflərindən biridir. Həmçinin, etibarlı olmayan vebsaytlara daxil olmaqdan çəkinməlidirlər".

Ş. Hacıyahyayev vurğulayıb ki, kiberhücumdan sonra şəxsi hesabının oğurlanmasından şübhələnən istifadəçi dərhal şifrələrini dəyişməlidir. Bundan əlavə, kiberhücumlarda həmin faylların itirilməsi təhlükəsi yaşanmaması üçün vacib faylları mütəmadi olaraq yedəkləmək lazımdır.

Agentlik rəsmisinin sözlərinə görə, istifadəçi məlumatlarının məxfiliyi ən müasir texnologiyalar vasitəsilə qorunur: “Təhlükəsizlik komandası tərəfindən təhlükəsizlik mexanizmlərinin davamlı monitorinqi təşkil olunur. Sözügedən komanda görülən işlərə birbaşa nəzarət edərək yarana biləcək istənilən kibertəhlükə hallarını aşkarlamaq üçün tədbirlər görür.

Şifrə hücumlarının qarşısını almaq üçün login (qeydiyyat) cəhdlərinə müddətli məhdudiyyətlər qoyulur, daxilolmalara nəzarət (access control) sistemləri tətbiq edilir, e-poçtlarda anti-spam sistemləri quraşdırılır, mənbə kodlarının analizi vasitələrindən istifadə edilir. Bundan əlavə, spesifik hücumlar üçün fərdi həllər hazırlanaraq tətbiq edilir.

İstifadəçilərin kənar şəxslərlə şifrələrini paylaşması həmin şəxsin istifadəçinin hesabından məlumatlarını ələ keçirməsi ilə nəticələnə bilər. Burada ən əsas səbəb insanlar arasında kiber məlumatlılığının yüksək səviyyədə olmamasıdır. Məlumatların sızması vektorları fərqli ola bilər".

Portaldakı istifadəçi məlumatlarına müdaxilə və nəticədə bütün məlumatlarının əldə olunmasının əsas səbəblərinə toxunaraq Ş. Hacıyahyayev qeyd edib ki, bu, informasiya obyekti, yəni informasiya sistemindən qaynaqlanmır: "Buradakı kök səbəb sistem istifadəçilərinin şəxsi məlumatları ilə təhlükəsiz davranmamasıdır. İstifadəçi məlumatları fişinq və vişinq (İnternet vasitəsilə müştərinin şəxsi məlumatlarını oğurlamaq üçün istifadə olunan alət) biridir və ya istifadəçinin daxili internet şəbəkəsinə sızılması ilə oğurlana bilir. Misal olaraq, istifadəçi hərhansı (poçt, feysbuk və s.) saxta linkə klik edərək istifadəçi adı və parolunu daxil etdikdən sonra bu məlumatlar kiberhücumçuya ötürülür. Daha sonra istifadəçiyə aid bütün məlumatlar əldə edilmiş ola bilir. Oğurlanan məlumatlar haker forumlarında satışa çıxarılır”.

Onun sözlərinə görə, ən çox baş verən hücumlardan biri sosial mühəndislik hücumlarıdır: "Bu hücumlar zamanı istifadəçilər psixoloji manipulyasiya olunaraq həssas məlumatlarını kənar şəxslərlə bölüşürlər. İstifadəçilər təhlükəsizliyinə əmin olmadıqları vebsaytları daxil olmamalı, daxil olduqları saytların adreslərini dəqiq yoxlamalı, məlumatlarını tanımadıqları şəxslərlə və səhifələrlə bölüşməməlidirlər".

Ş.Hacıyahyayev hesab edir ki, istifadəçilərin vaxtında maarifləndirilməsi onların kiberhücumlardan qorunmasına əhəmiyyətli təsir edir: "Qurumların əməkdaşları üçün mütəmadi olaraq təhlükəsizlik təlimləri təşkil edilir, xəbər portalları və müsahibələr vasitəsilə vətəndaşlar arasında da kibertəhlükəsizlik mövzusunda maarifləndirmə aparılır. Bundan əlavə Elektron Təhlükəsizlik Xidmətinin cert.az portalı və sosial şəbəkə hesabları vasitəsilə hədəf kütlələrə aşkarlanan sistem boşluqları haqqında məlumatlar təqdim edilir. Bu istiqamətdə edilən paylaşımlar vətəndaşların bu mövzuda maariflənməsi ilə yanaşı, gündəlik istifadə etdikləri internet platformasında nələrə diqqət yetirməsini və kiber dünyasında təhlükəsizlik vərdişləri, müdaxilə bacarıqlarının möhkəmlənməsinə şərait yaradır”.

Xatırladaq ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu ilin yanvar-mart aylarında edilən kiberhücumları analiz edib və nəticədə rüb ərzində 314 kiberhücum indikatoru (IOC) aşkara çıxarıb. Bu kibertəhdidlərin 139-u daxili araşdırma, 175-i isə dövlət qurumları tərəfindən daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunub.

Paylaş

Xəbər lenti

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR