
Türkiyənin Şanlıurfa şəhərində avtomobil qəzasında 6 nəfər yaralanıb.
“AVESTA.AZ” “Anadolu”ya istinadən xəbər verir ki, hadisə Şanlıurfa-Bozova yolunun 20-ci kilometrliyində qeydə alınıb.
Belə ki, nəqliyyat vasitəsi sürücünün idarəetməsindən çıxaraq aşıb. Sürücü və sərnişinlər xəstəxanaya qaldırılıblar.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.