26-04-2023, 17:45 536

Moskvada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi təşkil olunub

Aprelin 26-da Rusiyanın paytaxtı Moskvada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QCS-nin təşəbbüsü, “Rusiya Dəmir Yolları” ASC, Rusiya Nəqliyyat Universiteti və Azərbaycanın Rusiyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə Kazan dəmir yolu vağzalının “Çar Qülləsi” salonunda fotosərgi təşkil olunub.

“AVESTA.AZ”un Rusiya bürosunun verdiyi məlumata görə, sərgidən öncə Azərbaycan nümayəndə heyəti Yaroslavl dəmir yolu vağzalında Baykal-Amur Magistralı (BAM) iştirakçılarının xatirəsini əbədiləşdirən lövhəni ziyarət ediblər.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Rusiya nəqliyyat naziri Vitali Savelyev BAM-ın tikintisinə həsr olunmuş “Nəsillərin estafeti” adlı səyahət kuponunu imzalayıblar. Kupon Rusiya Nəqliyyat Universitetinin tələbə-gənclər dəstələrinin qərargahına və veteran BAM əməkdaşlarına təqdim olunub.

Fotosərgidə Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə Baykal-Amur Magistral xəttinin nəqliyyat kuratoru olaraq layihənin ərsəyə gəlməsinə verdiyi önəmli töhfələrlə bağlı fotolar nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin peşəkar keyfiyyətləri ilə yanaşı, şəxsi keyfiyyətləri də böyük rol oynayıb: “Həqiqətən də relyefi mürəkkəb, iqlimi sərt bir regionda layihənin uğurla inşa edilməsində məhz Heydər Əliyevin diqqəti, həssaslığı və qayğıkeşliyi ilə güclü komanda ruhu formalaşıb. Ulu Öndərin rəhbərliyi ilə bütün BAM ailəsi qeyri-mümkün olanı reallığa çevirə bilib. Bu gün sərgilənən fotolarda həmin tarixin ən nadir anları nümayiş etdirilir. Onu da qeyd etmək lazımdır ki, BAM-ın uğur hekayəsində 1975-ci ildən bu regiona işləməyə gəlmiş azərbaycanlı mütəxəssislərin də rolu böyük olub”.

Rusiya Prezidentinin köməkçisi İqor Levitin tədbirdə çıxış edərək Heydər Əliyevin yüksək idarəetmə bacarığı sayəsində BAM-da görülmüş işlərlə bağlı iştirakçılara geniş məlumat verib:

“1984-cü il mayın 9-da Heydər Əliyevin Miroşniçenko yolayrıcında relslərin qovuşduğu hissəyə rəmzi “qızıl yanlığ”ı vurması mərasimində iştirak edən nümayəndə heyətinin üzvü olaraq Heydər Əliyev kimi liderlə təmasda olduğum həmin illəri iftixarla xatırlayıram”.

“2008-ci ildə BAM-ın Anqoya stansiyasında istifadəyə verilən yeni vağzala Heydər Əliyevin adının verilməsi onun xidmətlərinin böyük minnətdarlıqla yad edilməsinin təzahürüdür”, - o vurğulayıb.

Daha sonra rəsmilər foto stendlərlə tanış olub və sərgi iştirakçıları ilə fikir mübadiləsi aparıblar.

Tədbirdə Rusiya Nəqliyyat Nazirliyinin yüksək nümayəndə heyəti, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi, “Rusiya Dəmir Yolları” ASC-nin rəhbərliyi, Azərbaycanın Rusiyadakı səfirliyinin diplomatları, Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri, Rusiyanın “BAM” İctimai Birliyinin üzvləri, yerli ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, sərgi aprelin 30-na kimi davam edəcək.

Paylaş

Xəbər lenti

Yeni yayılan virusla bağlı xəbərdarlıq: "Xəstələr çox vaxt bu cür şoka düşür" - Baku TV Bu gün, 22:48 Azərbaycanla Kanada arasında əlaqələr müzakirə edilib Bu gün, 22:48 Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı Bu gün, 22:48 Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək Bu gün, 22:48 Paytaxtda reklam özbaşınalığı: Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar Bu gün, 22:48 Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub Bu gün, 22:48 Keçmiş həyat yoldaşına qayınatasının məzarında evlilik təklifi edib Bu gün, 21:48 Azərbaycan idmançıları "Khan Fight 6" beynəlxalq peşəkar MMA turnirində uğur qazanıblar Bu gün, 21:48 Tramp: "İrandakı atəşkəs süni nəfəs aparatına bağlıdır" Bu gün, 21:48 24 yaşlı gənc əmisi oğlunu bıçaqladı: Saxlanılan var Bu gün, 21:48 Məşhur müğənni texnologiya nəhəngindən 15 milyon dollar tələb edir - SƏBƏB Bu gün, 21:48 Azərbaycanlı döyüşçü UFC-də: Fərman Həsənovun Bakıdakı rəqibi bəlli oldu Bu gün, 21:48 Şadlıq saraylarında SİQARET PROBLEMİ: "Qucağında uşaqla çəkir" - Baku TV Bu gün, 20:48 Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı: Polis hərəkətə keçdi Bu gün, 20:48 ÜST doqquz nəfərdə hantavirusun olmasını təsdiqlədi Bu gün, 20:48 Azərbaycan parataekvondoçusu Avropa çempionatında gümüş medal qazanıb Bu gün, 20:48 Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır Bu gün, 20:48 25 günün əsgəri vəfat etdi Bu gün, 20:48 Minsk qrupunun 28 illik fəaliyyətsizliyi: Kaspşikin villası və dondurulmuş münaqişə Bu gün, 20:48 İki gün ərzində polis əməkdaşları 25 kiloqram narkotiki dövriyyədən çıxarıb Bu gün, 19:48 Leninin nəslindən olan Yelena Ulyanova vəfat etdi Bu gün, 19:48 Kürdəmirdə hərəkətdə olan avtomobil anidən yanıb Bu gün, 19:48 Hantavirusun Avropada yayılması riski aşağı qiymətləndirilir Bu gün, 19:48 Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edilib Bu gün, 19:48 Şadlıq saraylarında siqaret çəkmək olarmı? - Baku TV Bu gün, 19:48 "Barselona"dan Flik qərarı Bu gün, 19:48 Təhsildə əsas problem: Tələbə diplom alır, bilik almır? Bu gün, 18:48 Bakıda Əməkdar müəllim vəfat etdi Bu gün, 18:48 Tünzalə Ağayeva: "Yenidən başlayaq..." Bu gün, 18:48 Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir Bu gün, 18:48 Blogerə nişanında 45 kiloqram qızıl taxıldı - Ayaqüstə dayana bilmədi Bu gün, 18:48 Polad Bülbüloğlu: "Heydər Əliyev milli musiqini də dərindən bilirdi, klassik musiqini də" Bu gün, 18:48 Azərbaycanın güllə atıcıları Avropa çempionatında gümüş medal qazanıblar Bu gün, 17:48 Kürdəmir yolunda avtomobil yandı Bu gün, 17:48 Gürcüstanın yeni Patriarxı seçilib Bu gün, 17:48 Prezidentlə söhbət edən ŞƏHİD ATASI: "Onun duyğulanması məni çox təsirləndirdi" Bu gün, 17:48 Sosial şəbəkədə canlı yayım açıb söyüş söyən ÜÇ GƏNC HƏBS EDİLDİ Bu gün, 17:48 Gəncədə 16 yaşlı oğlanın meyiti tapıldı Bu gün, 17:48 Paşinyan Putinin referendum açıqlamasına cavab verdi Bu gün, 16:48 "Həyat yoldaşı Manananın pulu ilə ona iki maşın hədiyyə edib" - Coşqun Rəhimov Bu gün, 16:48 Bakıda mağazadan seyfi oğurladı, çiyninə ataraq apardı - ANBAAN VİDEO Bu gün, 16:48 Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı Bu gün, 16:48 Bakıda Beynəlxalq standartlara cavab verən Kliniki Psixologiya Mərkəzi - "Mayak" Bu gün, 15:48 İranda alim casusluq ittihamı ilə edam edildi Bu gün, 15:48 İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb Bu gün, 15:48 Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı? Bu gün, 15:48 Armatur satışı adı altında 190 min manatlıq dələduzluq edənlər saxlanılıblar Bu gün, 15:48 "Sabah"- "Neftçi" oyununun başlama tarixi açıqlanıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR