26-04-2023, 18:56 818

Bəxtiyar Əliyev: “Azərbaycanda

Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası üzrə ixracyönümlü yerli istehsalı artıra biləcək güzəştli gömrük prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur. Bu kontekstdə “daxildə emal” xüsusi gömrük prosedurunun istifadə şərtlərinin sadələşdirilməsi xüsusi önəm kəsb edir.

Bununla əlaqədar olaraq, “daxildə emal” xüsusi gömrük prosedurundan istifadənin sadələşdirilməsi, səmərəliliyinin və ixracyönümlü yerli istehsalın artırılması məqsədilə Nazirlər Kabinetinin 2023-cü il 10 aprel tarixli Qərarı qəbul edilib. Bəs bu Qərar hansı dəyişikliklərə səbəb olacaq?

Bununla bağlı “AVESTA.AZ”un suallarını İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri Bəxtiyar Əliyev cavablandırıb.

-Yeni qərarın mahiyyətinin daha aydın başa düşülməsi üçün öncə “daxildə emal” və “emal əməliyyatları” anlayışlarını izah edərdiniz. “Daxildə emal” və “emal əməliyyatları” dedikdə nələr başa düşülür?

- “Daxildə emal” müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədi ilə Azərbaycanın gömrük ərazisinə gömrük rüsumları və vergilər, o cümlədən ƏDV alınmadan gətirilməsindən ibarət xüsusi gömrük prosedurudur. “Emal əməliyyatları” dedikdə malların hazırlanması, emalı, təkrar emalı və təmiri başa düşülür.

“Daxildə emal” proseduru altında yerləşdirilən xarici xammallar gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında (idxal gömrük rüsumları, malların idxalı üzrə qanunvericilikdə nəzərdə tutulmuş ƏDV və aksizlər) istifadə edilir.

- "Daxildə emal" xüsusi gömrük proseduru daha çox hansı məqsədlər üçün istifadə olunur?

- Ümumilikdə xarici ölkələrin təcrübəsində "daxildə emal" xüsusi gömrük proseduru ixrac yönümlü istehsalın artırılması üçün geniş istifadə olunur. Belə ki, xarici xammaldan asılı olan ixrac məqsədli məhsulların istehsalı üçün xammal və materiallar bu prosedur altında yerləşdirilir, gömrük rüsumu və vergilər ödənilmədən ölkəyə gətirilir və istehsal olunan yeni məhsul qanunvericilikdə nəzərdə tutulan müddət ərzində emal edilərək ixrac olunur. Nəticədə istehsal olunan məhsulun ixrac bazarlarında rəqabətqabiliyyətliliyi artır. Daxildə emal xüsusi prosedurunun üstünlüyü odur ki, məhsulun maya dəyəri aşağı düşür, inzibatçılıq azalır, sahibkarların vaxtına və vəsaitinə qənaət edilir, ölkəmizə investisiya yatırılması imkanları artır, istehsal olunan məhsulların rəqabət qabiliyyəti yüksəlir, ixrac bazarlarına yönəlmiş istehsalın artırılmasına şərait yaranır.

- Ümumilikdə qərarın tətbiqinin gətirdiyi əsas yeniliklər nələrdən ibarət olacaq?

-Yeni dəyişikliklər şirkətləri "daxildə emal" xüsusi prosedurundan daha çox istifadə etməyə bir növ təşviq edir. Qərarın gətirdiyi əsas yenilik "daxildə emal" xüsusi gömrük prosedurundan istifadə imkanının genişləndirilməsi, yəni malların prosedur sahibinin mülkiyyətinə keçməsini nəzərdə tutan alqı-satqı müqaviləsi əsasında "daxildə emal" xüsusi gömrük proseduru altında yerləşdirilməsi imkanının yaradılmasıdır. Dəyişiklik nəticəsində prosedur sahibi xammal və ya materialı qanunvericilikdə nəzərdə tutulan müddət çərçivəsində prosedur altında ölkəyə gətirib emal edərək istənilən ölkədəki istənilən alıcıya ixrac etmək imkanı əldə etmiş olur. Qərar qəbul edilənədək isə daxildə emal xüsusi gömrük prosedurundan istifadə imkanı sifariş (emal) müqaviləsinin bağlanması ilə məhdudlaşdırılmışdı, mal emal olunub sifarişçiyə geri qaytarılırdı və bir növ bu prosedur ancaq sifariş müqaviləsində nəzərdə tutulan xidmətin göstərilməsini ehtiva edirdi.

Qaydalara edilmiş yeni dəyişikliklərə əsasən, "daxildə emal" xüsusi gömrük prosedurundan istifadə icazəsinin alınması üçün sənədləşmə prosesi də sadələşdirilib.

Beləliklə, yeni dəyişikliklərin qəbul edilməsi ilə daxildə emal xüsusi gömrük prosedurundan istifadə şərtlərinin sadələşməsi nəticəsində həmin prosedurdan istifadə edən şəxslərin dairəsinin genişlənməsi, orta və uzunmüddətli dövrdə "daxildə emal" proseduru altında emal edilərək ixrac ediləcək malların xüsusi çəkisinin artımı proqnozlaşdırılır.

- Dəyişikliklər sahibkarın bazarın digər iştirakçıları ilə rəqabət aparmasına necə təsir göstərəcək?

- Misal üçün qeyd edim ki, sahibkar müxtəlif qablaşdırma məhsulları istehsal və ixrac edir, bununla bağlı ölkəyə bir sıra xammallar idxal edir. Daxildə emal xüsusi prosedurundan istifadə etməyən sahibkar xammalı idxal edərkən ona gömrük rüsumu və idxal ƏDV-si ödəyir. Bu zaman ƏDV-ni sonradan əvəzləşdirmək və ya artıq ödənilmiş ƏDV kimi geri almaq mümkün olsa da, ödənilmiş gömrük rüsumları əlavə xərc olaraq məhsulun maya dəyərinin üzərinə gəlirdi. Bəzi hallarda sahibkarlar bazardakı mövqeyini qorumaq üçün məhsulu demək olar ki, maya dəyərinə satmağa məcbur olurdu. Və yaxud bir çox hallarda gömrük rüsumları malın maya dəyərində əlavə yük yaratdığından bazarın digər iştirakçıları ilə rəqabət aparmaq çətin olurdu. Yeni qaydalara uyğun olaraq isə sahibkarların istər xammal alışı və ya xidmət sifarişlərinin əhatə dairəsi, istərsə də ixrac dairəsi xeyli genişlənir.

Paylaş

Xəbər lenti

Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 23:48 Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək? Dünən, 23:48 Lüksemburqda Zəfər Günü qeyd olunub Dünən, 23:48 İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb Dünən, 23:48 Günəşdə XXI əsrin rekordu təkrarlandı Dünən, 23:48 Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər Dünən, 23:48 Yod çatışmazlığına qarşı ən sadə üsul Dünən, 23:48 Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb Dünən, 23:48 Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib Dünən, 22:48 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var Dünən, 22:48 Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub Dünən, 22:48 Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? Dünən, 22:48 Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Dünən, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Dünən, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Dünən, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Dünən, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Dünən, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Dünən, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Dünən, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Dünən, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Dünən, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Dünən, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Dünən, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Dünən, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Dünən, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Dünən, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Dünən, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Dünən, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Dünən, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Dünən, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Dünən, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Dünən, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Dünən, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Dünən, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Dünən, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Dünən, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Dünən, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Dünən, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Dünən, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Dünən, 16:48 Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib Dünən, 15:48 Azərbaycan və Türkiyənin sarsılmaz birliyi regionda gərginliyi artırmağa çalışan aktorlara açıq mesajdır Dünən, 15:48 Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Dünən, 15:48 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Dünən, 15:48 Nərmin Kərimbəyova "Zəfər günü"nə həsr olunan "Atabarı"nı təqdim etdi Dünən, 15:48 COP31 Prezidenti: Dünyada iqlim siyasəti eyni zamanda enerji, ərzaq və şəhər siyasətidir Dünən, 14:48 Yeniyetmələrin Yay Olimpiya Oyunları: Azərbaycanın çimərlik güləşi millisi çempion olub Dünən, 14:48 Mingəçevirdə gənc bıçaqlanıb Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR