
Yevlax rayonunun Tanrıqullar kəndində 1987-ci il təvəllüdlü S.Eyyubova yaşadığı evin hamam otağında ölü halda tapılıb.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Qadının dəm qazından zəhərlənərək öldüyü ehtimal olunur.
S.Eyyubovanın meyiti tibbi ekspertizaya təhvil verilib.
Faktla bağlı araşdırma gedir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.