
Azərbaycan Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandasının üzvləri Kamran Zeynalov və Yelena Taranova Almaniyanın Hannover şəhərində keçirilən Beynəlxalq turnirdə gümüş medal qazanıblar.
“AVESTA.AZ”un məlumatına görə, idmançılar miks komanda növündə (kişi və qadın) pnevmatik tapançadan 10 metr məsafəyə atışda (P2) ikinci olublar.
Yarışda Makedoniya millisi 1-ci, Braziliya isə 3-cü yerə çıxıb.
Qeyd edək ki, sözügedən turnir 17-29 sentyabr 2023-cü il tarixlərində Perunun paytaxtı Lima şəhərində keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.