10-05-2023, 16:50 748

SOCAR Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində (BANM) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

“AVESTA.AZ”un SOCAR-a istinadən verdiyi məlumata görə, Şirkətin mətbuat katibi Orxan Hüseynovun moderatorluğu ilə keçirilən tədbirdə SOCAR-ın rəhbər heyəti, BANM-in müəllim və tələbə kollektivi iştirak ediblər.

Tədbirdə ilk öncə Azərbaycanın Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.

“Heydər Əliyev İli” çərçivəsində SOCAR tərəfindən keçirilən tədbirlər haqqında məlumat verən O. Hüseynov bu xüsusda ölkəmizin müxtəlif təhsil müəssisələrində təşkil edilən mühazirələri, SOCAR-ın Vətən müharibəsi iştirakçılarının övladları üçün düşərgələri, neft-qaz və neft-kimya sahəsində fəaliyyət göstərən qurumlar arasında keçirilən mini-futbol turnirini və digər tədbirləri qeyd edib.

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövşən Nəcəf ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində müəyyənləşdirilən hərtərəfli inkişaf strategiyasının dayandığını vurğulayıb.

R. Nəcəf Ümummilli Liderin strateji inkişaf konsepsiyasının əsas istiqamətlərindən birinin də yeni enerji strategiyası olduğunu bildirib. SOCAR prezidenti xarici sərmayədarların Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinə cəlb olunmasının, xam neftin və qazın nəql yollarının şaxələndirilməsinin, gəlirlərin səmərəli idarə olunmasının Ulu Öndərin dayanıqlı enerji strategiyasının əsas istiqamətləri olaraq müəyyənləşdirildiyini diqqətə çatdırıb.

R.Nəcəf Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə böyük nailiyyətlərə imza atan ölkəmizin bu gün tarixinin ən parlaq dövrünü yaşadığını diqqətə çatdırıb.

Uzun illər ərzində Ümummilli Lider Heydər Əliyev ilə birgə çalışmış SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə tədbirdə çıxış edərək Ulu Öndər ilə bağlı xatirələrini bölüşüb.

Müstəqilliyin ilk illərində ölkəmizdə neft sənayesinində böhran vəziyyətində olduğunu söyləyən X.Yusifzadə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın yeni neft salnaməsinin əsasının qoyulduğunu diqqətə çatdırıb. SOCAR-ın birinci vitse-prezidenti bu müqavilənin Ulu Öndər Heydər Əliyevin yüksək şəxsi nüfuzu, qətiyyətli mövqeyi ilə imzalandığını bildirib. Xoşbəxt Yusifzadə Ümummilli Liderin yeni neft strategiyası nəticəsində ölkəmizin neft-qaz sənayesinin böyük inkişaf yolu keçdiyini, Azərbaycanın regionun lider dövlətinə çevrildiyini qeyd edib.

Ulu Öndərin möhkəm təməllər üzərində qurduğu Azərbaycanın ötən illər ərzində böyük tərəqqi yolu keçdiyini söyləyən BANM-in rektoru Elmar Qasımov müstəqil Azərbaycanın dövlət quruculuğunun, iqtisadi dirçəlişinin, bütün sahələrdə davamlı inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Ümummilli Liderin hər zaman Azərbaycan gəncliyinə böyük ümidlər bəslədiyini qeyd edən rektor dahi şəxsiyyət Heydər Əliyevin mənalı həyat yolunun və çoxşaxəli fəaliyyətinin hər bir gənc üçün əsl nümunə olduğunu bildirib.

Daha sonra BANM-in tələbəsi, “SOCAR Könüllüləri” qrupunun rəhbəri Murad Əliyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətindən, ölkə başçısı tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğıdan, ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatından bəhs edib.

Sonra tələbələr tərəfindən Ulu Öndər Heydər Əliyevin sevdiyi musiqi və şeirlərdən ibarət bədii kompozisiyalar ifa edilib. Tədbir iştirakçılar tərəfindən “Azərbaycan” şeirinin ifası ilə başa çatıb.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR